Search for:

“Qanlı Yanvar”ın məktəb və universitetlərdə nümayişi başlayır

Paylaş:


İlk nümayiş Nizami rayonundakı 12 saylı məktəbdə olacaq.

Bu gündən

“Qanlı Yanvar”

filminin respublika üzrə nümayişinə başlanılır. ANS PRESS-in məlumatına görə, film Bakıda, həmçinin respublikamızın digər guşələrində nümayiş ediləcək. Yanvar ayının 20-də adıçəkilən film bütün kinoteatrlarda göstəriləcək.


Film faciənin ildönümünə kimi bir sıra ali və orta təhsil müəssisələrində də təqdim ediləcək. Bunların arasında

Bakı Slavyan Universiteti

,

Azərbaycan Dillər Universiteti

,

Bakı Ali Neft Məktəbi

,

Neft ve Sənayə Universiteti

,

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

də var. Ä°lk nümayiş isə bu gün Nizami rayonundakı 12 saylı məktəbdə olacaq.


Kinorejissor

Vahid Mustafa Yevin


“Qanlı yanvar” filmi

Azərbaycanın müstəqillik tarixinin qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edir. Film Azərbaycanı bir çox beynəlxalq kinofestivallarda təmsil edib. Ekran işi Braziliyada

San Pauloda Beynəlxalq Monstra festivalında

, o cümlədən dünyanın üç ən nüfuzlu festivalından birində – Kanadada,

Monreal film festivalında

,

Estoniyanın

paytaxtı

Tallində

1997-ci ildən keçirilən Avropanın ən iri festivallarından olan

“Black Nights”

kinofestivalında nümayiş olunub. Film müxtəlif mükafatlara və diplomlara layiq görülüb.


“Qanlı Yanvar” filmi Hindistanda, 46-cı Beynəlxalq

Qoa Film Festivalında

tamaşaçı rəğbəti qazanaraq 3-cü yeri tutub. Rejissor Vahid Mustafa Yevin şahidi olduğu hadisələri ekranlaşdırdığı filmdə adi insanların qızıl ordunun tanklarının qarşısını kəsmələri, azadlıq uğrunda mübarizəyə qalxmaları beynəlxalq festivallarda tamaşaçıların rəğbətini qazanıb. Beləcə, “Qanlı Yanvar” beynəlxalq film festivallarında iştirak etməklə Azərbaycan həqiqətlərini dünyaya çatdırır.

“Qanlı yanvar” filmi bizə sovet ordusunun törətdiyi

qırğını

və 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə baş verənləri Azərbaycan ailəsi olan – Nərimanovların gözü ilə göstərir. İki qardaş – kommunist Nəcəf və inqilabçı Mehdi əks düşüncəyə sahibdirlər. Onlar inandıqları uğrunda ölüm-dirim mübarizəsinə başlayıblar. Dramın mərkəzində isə onların anası – Xədicə dayanıb.


Film 2015-ci il yanvar ayının 20-də – faciənin 25 illiyində təqdim edilib.

Premyerada

həmçinin başda kinoda rol alan məşhur aktyorlar Nəbahət Çehrə və Leyn Devis olmaqla yaradıcı heyətin üzvləri iştirak ediblər.


“Qanlı Yanvar”ın rəsmi treyler



42.ciparalel.az

Paylaş: