Həmsədrlər Qarabağ üçün Londona gedir
Onlar Britaniya Xarici Əlaqələr Ofisi ilə məsləhətləşmələr aparacaqlar.
Həmsədrlər
Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində
Londonda
məsləhətləşmələr aparacaqlar.
42-ciparalel.az-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri
Ceyms Uorlik
özünün “Twitter” səhifəsində yazıb.
”
Britaniya
Xarici Əlaqələr Ofisi ilə məsləhətləşmələr aparmaq üçün
Londona
yola düşmüşük”, – deyə Uorlik bildirib.
ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlikin”Twitter” səhifəsindəki statusu
Uorlik bundan əvvəl Dağlıq Qarabağ münaqişəsini ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri
Ed Roys
ilə müzakirə etmişdi. “Xarici Əlaqələr Komitəsinə və onun sədri Ed Roysa Dağlıq Qarabağla bağlı müzakirələr aparmağa imkan yaratdığına görə təşəkkür edirəm. Biz münaqişənin həlli istiqamətində müzakirələri davam etdirməyə dair razılıq əldə etdik”, – deyə C. Uorlik bildirmişdi.
Uorlik 2016-cı ildə də Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyinə ümid etdiyini deyib. Prezidentlərin son görüşü dekabrın 19-da İsveçrənin Bern şəhərində
baş tutub.
Ermənistan və Azərbaycanın prezidentlərinin son görüşü
Görüş ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə təşkil olunmuşdu. Yekuna dair
ATƏT-in Minsk qrupunun
həmsədrlərinin yaydığı birgə bəyanatda bildirilir ki, prezidentlər nizamlama danışıqlaranın davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərini davam etdirəcəklərini də bildiriblər.
Prezidentlər bu yaxınlardakı gərginliyin artmasını müzakirə ediblər və ağır texnikanın işlədilməsi ilə qurbanların, xüsusilə də mülki şəxslər arasında qurbanların olması barədə narahatlıq bildiriblər.
42-ciparalel.az