Search for:

Azərbaycanda zəlzələ oldu

Paylaş:


İran ərazisində baş verən təkanlar Azərbaycan ərazisində də hiss edilib.

Azərbaycanda zəlzələ baş verib. Azərbaycan

Milli Elmlər Akademiyasının

nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 06:38-də qeydə alınıb.


Zəlzələ Yardımlıdan 20 km şimalda İran ərazisində olub. Lakin təkanlar Azərbaycan ərazisində, episentrə yaxın yaşayış məntəqələrində 3.0 bala qədər hiss olunub.

Zəlzələ baş verən ərazi


Bu yeni ildə baş verən ilk zəlzələ deyil. Belə ki, yanvar ayının 8-də saat 04.45-də Saatlıdan 37 km şimali-şərqdə,

Hacıqabul

rayonu ərazisində də təkanlar qeydə alınıb.


Yeraltı təkan 3.1 maqnitudada, 47 km dərinlikdə baş verib.

Zəlzələ baş verən ərazi – 08.01.2016


Ötən ilin ancaq dekabr ayında 8 təkan qeydə alınıb. 2015-ci il dekabrın 29-da

Yevlax rayonunda

baş verən təkanların maqnitudası 3,2 olub.


Ümumilikdə bu təkanların əksəriyyəti dənizdə qeydə alınıb.


Dekabrın 18-də

Şirvanda

, 20-də isə

Sabirabadda

təkanlar baş verib.


Bunlardan ən güclüsü dekabrın 24-də Xəzərdə baş verib. Yerli vaxtla saat 02:39-da olan zəlzələnin maqnitudası 4,6 olub.


Xoşbəxtlikdən bu zəlzələlər zamanı hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.

42-ciparalel.az

Paylaş: