Ur (zob) və qalxanabənzər vəzininin xəstəlikləri, müalicəsi və profilaktikası.
Müsahibimiz: Milli ankologiya
klinikasının həkimi Anar Əliyevdir
-Qalxanabənzər
vəz nədir, nə işə yarayır, bədənimizdə
hansı funksiyanı yerinə yetirir?
Qalxanabənzər
vəz boyunda nəfəs borusunun önündə adəm alması dediyimiz qığırdağın altında
yerləşən kəpənəyə və ya qalxana bənzəyən kiçik bir orqandır. Çəkisi normada
12-20 qram, həcmi 12-20 ml-dir, ancaq sintez etdiyi hormonlar bədənimizdəki
maddələr mübadiləsində çox önəmli funksiyalar yerinə yetirdiyinə görə gördüyü
iş çox mühümdür. Bu səbəblə orqanizmamızda ölçüsünə görə ən çox qanla təhciz
olunan orqanlardan biridir. Bu vəzin hər hansı bir səbəbdən həcminin böyüməsi
və ya qruluşunun dəyişməsi el arasında ur xəstəliyi kimi bilinir (ur sözünü rus
dilinə zob, ingilis dilinə goitre, amerika ingiliscəsinə goiter, türk dilinə
guatr kimi tərcümə etmək olar). Qısaca vəzin adı qalxanabənzər, xəstəliyinin
adı isə urdur.
-Ur
(Zob) xəstəliyi nədir və orqanizmə nə kimi təsirləri var?
Qalxanabənzər
vəzin gördüyü işdə bir dəyişiklik varsa bu hipertireoz (zəhərli ur) və ya
hipotireoz (tənbəl ur) olaraq adlanar, yox əgər quruluşunda, anatomiyasında bir
problem varsa bu da düyünlü ur, sadə diffuz ur kimi qeyd olunar. Bəzi
xəstələrdə həm qalxanabənzər vəzin funksiyası, həm də anatomiyasında dəyişiklik
olar. Ur xəstəliyi qadınlarda kişilərə görə 3-4 dəfə daha çox rast gəlinir,
dünyada hər 4-5 qadından biri bu xəstəlikdən əziyət çəkir.
-Zəhərli ur (Graves-Bazedov
xəstəliyi) nə deməkdir?
Tireoid vəzin normadan çox hormon
ifraz etməsinə bağlı əmələ gələn kliniki vəziyətdir. Xəstə daha çox əsəbilik,
ürək döyünmə, çox yeməsinə baxmayaraq arıqlama, tərləmə, əllərin bəzən də bütün
bədənin titrəməsi, gözlərdə önə doğru böyümə, zəyiflik, isal kimi şikayətlərlə
həkimə müraciət edər. Müalicəsində əsasən 3 üsuldan istifadə edilir Dərman
müalicəsi: daha çox hamilə qadınlar, uşaqlar , vəzin həcmi kiçik olanlar və
digər iki müalicə üsulunu qəbul etmək istəməyən xəstələrdə istifadə olunur.
Propycil, Tirazol kimi dərmanlar verilir. Bu müalicədən sonra xəstəliyin
təkrarlama riski yüksəkdir.
Radioaktiv
yod
m
ü
alic
ə
si
(
Yod
-131):
x
ü
susil
ə
spesifik
olaraq
qalxanab
ə
nz
ə
r
v
ə
z
toxumas
ı
nda
toplanan
v
ə
radioaktiv
madd
ə
oldu
ğ
u
üçü
n
v
ə
zin
toxumas
ı
n
ı
l
əğ
v
ed
ə
n
bir
madd
ə
dir
. Bu müalicə xüsusi şəraitdə və radionuklid terapiya şöbəsində
xüsusi ixtisaslaşmış mütəxəssislər (nuklear tibb uzmanları) tərəfindən verilir.
İstifadəsi çox rahatdır, buna görə Amerika Birləşmiş Ştatlarında xəstələrin 90
faizindən çoxu bu müalicəni seçir.
Cərrahi
müalicə:
müasir dövürdə xəstəliyin təkrar olunmaması üçün daha çox total və ya
totala yaxın tireoidektomiya əməliyatı icra olunur. Əməliyatın riskli tərəfləri
səs tellərinin zədələnməsi və qalxanabənzər vəzə çox yaxın yerləşən bədəndə
kalsium metabolizmasını tənzimləyən qalxanabənzər ətraf vəzlərin (paratireoid
vəz) çıxarılmasına bağlı əmələ gələbilən qalıcı və keçib gedən hipokalsemiya
(qanda kalsiyumun miqdarının azalması) olabilər.
-Tənbəl yəni zəyif funksiya
göstərən ur nə deməkdir?
Qalxanabənzər vəz hormonlarının
qanda az olmasına hipotireoidi və ya hipotireoidizm deyilir. Bir çox səbəbləri
və növləri vardır. Ən çox görülən autoimmun tireoiditlər nəticəsində əmələ
gələn hipotireoididir. Diaqnozu düzgün qoyulduğu zaman müalicəsi dərman
vasitəsi ilə mümkün olur. Bu əlamətlər sizdə varsa mütləq qalxanabənzər vəzin
hipotireoidizm şüphəsi ilə araşdırlması lazımdır: halsızlıq, yorğunluq, yuxuya
meyillilik, saç tökülməsi, çəkinin səbəbsiz olaraq artması, arıqlaya bilməmə,
dəridə quruluq, üşümə və sair.
-Düyünlü ur nədir?
İncə iynə aspirasiya biyopsiyasına (İİAB) nə
zaman göstəriş var?
Qalxanabənzər vəzin düyünlü
urlarının təxmini rastgəlmə tezliyi 3-7 % təşkil edir. Bu rastgəlmə tezliyi
qadınlarda 6.4%, kişilərdə isə 1.5% -dir. Son illərdə USM-nin geniş yayılması
ilə birlikdə kliniki olaraq görülə bilməyən düyünlərin sayı artmışdır.
Qalxanabənzər vəzin düyünləri qadınlarda, qocalarda, radiasiyaya məruz
qalanlarda və yod əksikliyi olan bölgələrdə daha çox görülür. Amerika Birləşmiş
Ştatlarında hər il təxmini 300 000 yeni düyün aşkarlanır. Bu düyünlərin
təxminən 5 faizi düyünün ölçülərindən aslı olmayaraq bəd xassəlidir. Bu
törəmələrin 90-95%-i xoş xassəlidir və bədxassəli törəmələrdən ayrılabilməsi
üçün düyündən iynə biyopsiyası alınıb patohistoloji müayinə ilə çox zaman
asanlıqla diaqnoz qoyulması mümkündür.
USM-də tireoiddə düyün izlənmişsə
düyünün ölçüsü 1 cm-dən kiçiksə və USM əlamətləri şüphəli deyilsə sadəcə 6 ayda
bir dəfə kontrol müayinə kifayətdi. Əgər düyün 1 cm-dən böyüksə o zaman TSH
analizi olunmalı, TSH normalsa incə iynə aspirasiya biyopsiyası (İİAB) TSH
aşağıdırsa tireoid sintiqrafiyası məsləhətdir. İİAB nəticəsi xoş xasəli olarsa
bu düyünləri sadəcə 3-6 ayda bir kontrol məsləhət görülür. Sadəcə 5-10% halda
biyopsiya bəd xassəli və ya şüphəli gəlir o zaman xəstələrə cərrahi əməliyat
məsləhət görülməlidir. Bundan başqa müasir təbabətdə yalnız düyün 4 cm-dən
böyüksə və xəstəyə boğulma, tənginəfəslik kimi simptomlar verirsə o zaman
cərrahiyə əməliyatı düzgün müalicə prinsipi olaraq qəbul edilir.
-Qalxanabənzər vəzin bəd xassəli
şişlərində proqnoz və müalicə taktikası necədir?
Qalxanabənzər vəzin bəd xassəli
törəmələrinin 95%-nə yaxını yüksək diferensiya edən şişlərdir. Hal hazırda bu
məqsədlə düynyada ən çox istifadə edilən dərman maddəsi radioaktiv Yod-131
(I-131) adlı preparatdır. Bu şişlərin böük əksəriyəti radioaktiv Yod-131 müalicəsinə
tabe olur və xəstəliksiz yaşama şansı 95-98% kimi çox yaxşı proqnoza sahib olurlar.
Qalxanabənzər vəzin diferensiyal xərçəngi diaqnozu olan xəstələrdə Yod-13 müalicəsinin
məqsədi cərrahi əməliyatdan sonra qalan tireoid toxumasını və əgər bədənin
qalan yerlərinə də xəstəlik yayılıbsa həmin metastazları ləğv etməkdir.
-Ur xəstəliyinə şüphə olan xəstə
nə etməlidir?
Ümumilikdə hər bir insan buna
yeni dünyaya gəlmiş k
ö
rpələr də daxildir
. Q
alxanabənzər vəz xəstəliyinə şüphə varsa
və ya profilaktika məqsədi ilə qanda TSH, sərbəst T4, AntiTpo analizi və əgər
olduğu yerdə şərait varsa USM müayinəsindən keçməlidir.
Mehriban
Məmmədzadə
.