Search for:

Kim Çen In neytron bombası partlatmağa hazırlaşır

Paylaş:


Şimali Koreya termonüvə partlayışı üçün lazım olan xam maddəni əldə edib.

Şimali Koreya


Punqeri nüvə poliqonunda termonüvə silahlarının sınağına hazırlaşır.




42-paralel.az-ın məlumatına görə, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi bu ölkənin Müdafiə Nazirliyinə istinadən bildirir.

Şimali Koreya əsgərləri Punqeri nüvə poliqonunda




Cənubi Koreya ordusunun kimyəvi, bioloji və radioloji müdafiə komandanlığı tərəfindən hazırlanmış məruzədə bildirilir ki, Pxenyan artıq


tritium, yəni həddindən ağır hidrogen izotopu


istehsal etmək imkanına malikdir. Bu isə öz növbəsində


hidrogen bombasının


hazırlanması üçün lazım olan əsas maddədir.




Cənubi Koreya ordusunun kimyəvi, bioloji və radioloji müdafiə komandanlığı bildirir ki, Punqeri poliqonunda tikilmiş yeni tunel termonüvə sınaqları üçün nəzərdə tutulub. Sənəddə bildirilir ki, atom silahına malik ölkələr adətən ilk nüvə sınaqlarından 10 il sonra daha mürəkkəb silahının layihələndirilməsinə başlayırlar və Şimali Koreya da 15 illik nüvə tədqiqatları tarixində daha mürəkkəb silah aldə etmək niyyətinə düşə bilər.

ABŞ dünyanın ilk hidrogen bombasını partladır – 1952-ci il 1 noyabr




Hidrogen bombasının dağıdıcı gücü sadə elementlərdən daha mürəkkəb elementin sintezi ilə gedən nüvə reaksiyaları zamanı əldə edən edilən enerjiyə əsaslanır. Bu zaman, məsələn, iki ağır su atomundan bir helium atomu alınır və s. Belə reaksiyalar zamanı ifrat böyük enerci əldə edilir.




Dünyada ilk termonüvə partlayışı 1952-ci il noyabrın 1-də ABŞ tərəfindən həyata keçirilib. 12 avqust 1953-cü ildə isə SSRİ ilk neytron bombasını partladıb.

42-ciparalel.az

Paylaş: