Dünyanın ən sürətli interneti
Sürət 5G texnologiyası sayəsində 10 dəfə artacaq.
42-ciparalel.az-ın məlumatına görə, sınaqlarına başlanılan yüksək mobil internet sürəti və daha çox məlumat tutumu təmin edəcək 5G texnologiyası 2020-ci ildə istifadəyə veriləcək.
5G araşdırma-inkişaf birliyinin prezidenti Cao Şumin bildirib ki, sınaq və araşdırmalarda əsas məqsəd 5G standartlarının yaradılmasını dəstəkləmək və telokominikasiyanın inkişafını sürətləndirməkdir.
Sınaqların 2018-ci ildə tamamlanacağını və yerli tekominikasiya xidmətləri tərəfindən 5G-nin 2020-ci ildə satışa çıxarılacağı bilidirildi.
Digər tərəfdən o, 4G texnologiyasının ölkədə 2013-cü ildən istifadə edilməyə başladığını qeyd edən prezident 905 milyondan artıq mobil internet istifadəçisindən 380 milyonununun 4G istifadə etdiyini bilidirdi.
Mobil cihazların internet bağlantılarında 3G texnologiyası üzrə saniyədə 28
meqabit
, 4G texnologiyası üzrə 100 meqabit qoşulma sürəti təmin edərkən, bu rəqəmin 5G texnologiyası sayəsində min meqabitə çatacağı gözlənilir.
Prezident
İlham Əliyevin
7 avqust 2009-cu il tarixli fərmanı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 3G mobil rabitə xidmətləri göstərilməsi üçün lisenziya vermək səlahiyyəti verilib. 2009-cu ilin dekabrında “Azerfon-Vodafone” brendi altında Azərbaycanda ilk dəfə 3G xidmətlərinin göstərilməsinə start verilib.
42-ciparalel.az