Azərbaycanda “donuz qripi”nə görə həyəcan (VİDEO)
Sərhəd-keçid məntəqələri xüsusi iş rejiminə keçdi.
Ölkədə “donuz qripi” təhlükəsi ilə bağlı sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib.
42-ciparalel.az-ın məlumatına görə, xüsusən
Türkiyədə
donuz qripinə yoluxma və xəstəlikdən ölüm halları
Azərbaycanın
sərhəd-keçid məntəqələrinin xüsusi iş rejiminə keçməsinə səbəb olub.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri
Aydın Əliyev
jurnalistlərə açıqlamasında deyib:
“İstər quş, istərsə də donuz qripinin əsas əlaməti insanda temperaturun olmasıdır. Ona görə də bütün sərhəd-keçid məntəqələrində xüsusi qurğular vasitəsilə hərarəti olan insanları müəyyən etmək mümkündür. Bundan başqa sərhəddə artıq həkimlər də fəaliyyət göstərir. Bununla bağlı
Səhiyyə Nazirliyi
ilə əməkdaşlıq edilir. Nazirliyin əməkdaşları məsələ ilə bağlı
Dövlət Gömrük Xidmətinin
işçilərinə seminarlar keçirəcək”.
42-ciparalel.az