Türkiyə Azərbaycana viza tətbiq edəcək
89 ölkəyə Türkiyədən pis xəbər
42-CIParalel.Az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Xəbərə əsasən, Türkiyə 2016-cı ilin iyunundan Azərbaycanla yanaşı viza rejimini Gürcüstan, İran, Qazaxıstan,
Qırğızıstan
,
Türkmənistan
, Rusiya, Tacikistan, Boliviya, Livan, Özbəkistan və digər ölkələrə tətbiq ediləcək.
Yeni qərar
Avropa Biriliyi
ilə viza razılaşmasından sonra verilib. Bununla da Türkiyə 89 ölkəyə viza təbiq edəcək. Qərar əsasən Avropa Birliyinə daxil olmayan dövlətlərə aid edilir.
Maraqlıdır ki, viza rejimi qaçqın problemi olan Suriya və
Əfqanıstan
kimi ölkələrə deyil, turizm potensialı olan dövlətlərə tətbiq ediləcək.
İyun ayından başlayaraq Suriya, İraq, Liviya və Əfqanıstandan olan qaçqınlar Avropaya axın etməyə başlayıb. Avropa Birliyi dövlətləri isə bu axının qarşısını yalnız sərhədləri bağlamaqla ala bilirdilər. Avropa Birliyi qaçqın axınının dayandırılması üçün Türkiyəyə müraciət etməyə məcbur olub. Türkiyə ilə əldə olunan razılaşmaya əsasən, rəsmi Ankara Avropaya gələn miqrantların qarşısını almağın əvəzində vətəndaşları üçün “Şengen” ölkələrinə vizasız səfər etmək imkanı qazanacaq.
Avropa Birliyinə daxil olan ölkələr və birliyə namizəd olan Türkiyə (qırmızı rənglə işarələnib)
Azərbaycana viza tətbiq edilməsi ilə bağlı Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlik rəsmisi məsələni şərh etmək istəmədi.
42-CİParalel.AZ