Search for:

Süd vəzilərinin estetik əməliyyatları

Paylaş:

42-ciparalel.az


Qadınlar üçün süd vəzilərinin görüntüsü çöx önəmli bir məqamdır.
Fizioloji inkişaf nəticəsində süd vəzilərinin ölçülərinin normadan kiçik və ya
böyük olması, hər hansı bir səbəbdən formasının estetik olaraq qənaətbəxş
olmaması (sallanması) plastik cərraha müraciət üçün arqument olur.



Süd vəzilərinin estetik əməliyyatları







Normalda artıq 18 yaşına çatmış qadında süd vəziləri
bu və ya digər bir forma almış olur. Artıq bu yaşlarda süd vəzilərinin ölçüləri
kiçik olan qadınlarda auqmentation mammoplastika (süd vəzilərinin böyüdülməsi) əməliyyatını
icra etmək mümkündür. Süd vəzilərinin böyüdülməsi üçün qızıl standart
implantların istifadəsidir. Yumru və ya anatomik (damla) formada olan
implantlar əzələ altına və ya süd vəzisi
altına qoyulmaqla əməliyyat aparılır. Cərrahi taktika əməliyyatönü etapda
müayinə zamanı dəqiqləşdirilir. Kəsiklər
süd vəzisi giləsi ətrafı, süd vəzisi altı büküş və ya qoltuqaltından olmaqla
aparılır. Süd vəzisinin qalınlığı kifayət qədərdirsə implant vəz altına, az
olduğu hallarda isə əzələ altına qoyulmaqla aparılır. Əməliyyat ümumi
anesteziya şəraitində icra edilir, müddəti 1-2 saat arasında dəyişir. Təbii ki,
bu, icra olunacaq cərrahi taktika ilə birbaşa əlaqəlidir. Əməliyyatdan sonrakı
dövrdə 4-6 həftə ərzində kompression xüsusi forma geyinilir. Vəziyyətə görə massaj hərəkətləri təyin edilir.
İmplantların əzələ altına qoyulduğu
hallarda daha 1-2 gün artıq olmaq şərti ilə təqribi 5-7 günün tamamında
qadınlar normal gündəlik həyatına qayıtmış olurlar.


Süd vəzilərinin böyüdülmısində piy toxumasının
istifadəsi üçün göstərişlər mütləq olmalıdır. Lipofillinq metodunun alternativ
olaraq tətbiqi daha çox süd vəzisinin rekonstruktiv cərrahiyyəsində (hissəvi
olaraq süd vəzisinin çıxarılması zamanı) öz əksini tapmışdır.


Süd vəzilərinin dikləşdirliməsi (mastopeksiya)
yaşla əlaqədar dəyişikliklərlə və ya
hamiləlikdən sonra südlə qidalandırma ilə əlaqədar süd vəzilərinin ölçü
və formalarının qənaətbəxş olmadığı hallarda icra edilir. Həcmin kifayət qədər
olmadığı hallarda süd vəzilərinin dikləşdirilməsi əməliyyatı endoprotezləşdirilmə
(implantların yeridilməsi) ilə kombinə edilir. Cərrahi müdaxilə süd vəzisi giləsi
ətrafı, vertikal istiqamətdə gilədən altda olan kəsiklərlə və ya çevrilmiş “T” və
ya “j” şəkilli kəsiklərlə həyata keçirilir. Əməliyyat ümumi anesteziya şəraitində
icra edilir, müddəti 2-2,5 saat arasında dəyişir. Postoperasion dövr süd vəzilərinin
auqmentasiyası (böyüdülməsi) əməliyyatında olduğundan bir tək izlərlə fərqlənə
bilir.


Süd vəzilərinin kiçildilməsi əməliyyatları həm
estetik göstəricilərə görə, həm də orqanizmdə yaratdığı bir sıra problemlərə
görə həyata keçirilir (çəkiləri artıq olan sallanmış süd vəziləri boyun, kürək,
bel nahiyələrində ağrılara və onurğa yırtıqlarına səbəb ola bilir). Əməliyyat
zamanı kənar ediləcək süd vəzisi, dərialtı piy təbəqəsinin miqdarından asılı
olaraq bu və ya digər cərrahi taktika tətbiq edilir. Kəsiklər birbaşa həcmdən
asılı olaraq süd vəzilərinin formalaşdırılması məqsədilə fərqlənir. Əməliyyat
ümumi anesteziya şəraitində icra edilir, müddəti 2-3 saat arasında dəyişir. Postoperasion dövrdə 4-6 həftə müddətində kompression paltar
geyilir. İzlər ilk 2-3 ay ərzində daha görünən olmaqla sonrakı dövrlər üçün az
nəzərə çarpan nazik incə bir forma almış olur.


Süd vəzilərinin estetik plastik əməliyyatlarının hər
biri üçün əməliyyatönü müayinlərə əlavə olaraq süd vəzilərinin ultrasəs, məxsusilə
də reduksiya (kiçildilmə) əməliyyatlarında süd vəzilərinin kontrast müayinəsi
(mammoqrafiya) həyata keçirilir. Əməliyyatlarda kontrol məqsədilə qoyulan
vakuum drenlərin saxlanılma müddəti xaric olan mayenin həcmindın asılı olaraq
müəyyənləşdirilir.


Süd vəzilərinin estetik-plastik əməliyyatlarında əsas
prinsip – funksional anatomik strukturlara müdaxiləni konkret halda əsaslandırmaqla
alınan estetik nəticə ilə pasienti məmnun etməkdir.

Paylaş: