Search for:

ABŞ Türkiyəyə çağırış etdi

Paylaş:


Obama İraqın ərazi bütövlüyünün və suverenliyinin tərəfdarı olduğu söyləyib.

ABŞ prezidenti




Barak Obama





İraqın


baş naziri


Heydər əl- Abadi


arasında telefon danışığı olub.




42-CİParalel.Az-ın məlumatına görə, telefon söhbəti zamanı Türkiyə hərbi qüvvələrinin İraqda mövcudluğu müzakirə olunub.




Telefon müzakirəsində nazir


Türkiyə Silahlı Qüvvələrinin


İraqda yerləşməsinə rəsmi Bağdadın icazə vermədiyini bildirərək, bunu düşmənçilik və İraqın suverenliyinin pozulması adlandırıb. Obama da öz növbəsində İraqın ərazi bütövlüyünün və suverenliyinin tərəfdarı olduğu söyləyib.

Heydər əl Abadi – İraqın Baş naziri

Telefon danışığından sonra “Ağ ev” rəsmi bəyanat yayaraq, Türkiyəni öz qoşunlarını İraq ərazisindən çıxarmağa çağırıb.


Başika düşərgəsi






Ötən ilin dekabrında Türkiyə prezidenti


Rəcəb Tayyib Ərdoğan


Türk hərbçilərinin İraqa daxil olmasının səbəbini açıqlayıb.




Ərdoğan bildirib ki, Türkiyə qoşunu İraqın şimalındakı bazada ölkə rəhbərliyinin xahişi ilə yerləşdirilib.




“Hərbçilərimiz Başika bölgəsinə ilk dəfə İraq prezidenti Fuad Məsumun xahişi ilə 2014-cü ildə yerləşdirilib”, deyə Türkiyə prezidenti bəyan edib.




2015-ci ilin Dekabrın 4-də


“Türkiyə Silahlı Qüvvələri”


(TSK) 2 ildən artıq müddətdir


Şimali İraq Mosul əyalətinin


Türkiyə sərhədinə yaxın Başika bölgəsində peşmərgə və


İŞİD


əleyhdarı digər qruplara hərbi təlim keçən desant birliyində dəyişiklik edib. Bölgədəki 80-90 türk əsgərinin sayı 138-ə çatdırılıb.

Türkiyə ordusunun daxil olduğu Mosul şəhəri


Bundan başqa bölgədə fəaliyyət göstərən, 25 tankdan ibarət zirehli qoşun birliyində də dəyişiklik olub. Zirehli birliyin tərkibində olan hərbçi sayı da nəzərə alındıqda, bölgədəki türk hərbçi sayının ən azı 300 olduğu bildirilir.


42-CİParalel.Az

Paylaş: