Search for:

Odessa qubernatoru Rusiya liderinin cavabını verdi

Paylaş:

42-ciparalel.az

Mixail Saakaşvili ötən gün


Rusiyanın


Moskva şəhərində ənənəvi mətbuat konfransında


Vladimir Putinin


onun barəsində dediklərinə reaksiya verib.


Ukraynanın




Odessa


vilayətinin qubernatoru


Saakaşvili


şəxsi “Facebook” səhifəsində prezidentə cavab verib.

“Bu gün Putin Moskvada keçirilən mətbuat konfransında həmişə olduğu kimi, Ukraynada baş verən hadisələrlə fonunda məni də xatırlayıb. Ola bilməz ki, Valdimir Vladimiroviç məni unutsun. Belə ki, mənim Ukraynadakı işim onun heç xoşuna gəlmir, mən onu anlayıram.


Əgər biz Ukraynada korrupsiya zəncirini qırıb, dərin islahatlar keçiriksək onun yalançı imperiyası oyunacaq ev kimi qırılıb dağılacaq.




Putin növbəti dəfə yalan danışaraq mənə Amerikanın viza vermədiyini söylədi. Halbuki, mənim 10 illik turist və 3 illik işçi vizam var”.




Saakaşvili bu sözlərinə sübut olaraq vizasının fotosunu da paylaşıb.




Mixail Saakaşvilinin vizası.




Qubernator deyib ki, Putin onun haqqında o qədər yalan danışır ki, axırda plastik əməliyyata ehtiyacı olacaq, çünki onun burnu uzanmağa başlayacaq.




Vladimir Putinin mətbuat konfransından.




Dekabrın 17-də


Rusiya Prezidenti Vladimr Putin 11-ci dəfə olaraq ənənəvi konfrans keçirib. Dünyada baş verən hadisələr fonunda sualları cavablandıran prezident maraqlı açıqlamaları ilə yadda qalıb.





O, Saakaşvili haqqında belə deyib: ”


Gürcüstanla


münasibətlərin gərginləşməsinə səbəb biz olmamışıq, ölkənin sabiq rəhbərliyinin qəbul etdiyi qərarlar Gürcüstanın ərazi bütovlüyünün pozulmasına səbəb olub.




Bu, onların günahıdır. Gördüyümüz kimi, hazırda Ukraynada fəaliyyət göstərən sabiq Gürcüstan prezidenti (Mixail Saakaşvili) idarəetmə üsullarını dəyişməyib. Hesab edirəm ki, Saakaşviliyə vəzifə vermək, Ukrayna xalqının üzünə tüpürməkdir”.

Paylaş: