Search for:

Mağazalarda aldanmamağın yolları

Paylaş:

42-ciparalel.az

Bəzən alıcılar çox asanlıqla istehsalçıların tələsinə düşürlər.


Məhsul alarkən aldanmamaq üçün nə etmək lazımdır?



Hər birimiz gün ərzində müəyyən miqdarda məhsul istehlak edirik. Günbəgün müasirləşən, qloballaşan dünyada istehsalçılar məhsulun keyfiyyətindən tutmuş, vizual görünüşünə qədər ona diqqətlə yanaşır, onu təkmilləşdirir, alıcıların zövqünü oxşamağa çalışırlar. Ancaq, çox əfsuslar olsun ki, bəzi hallarda biz bunun əksinin də şahidi oluruq. Bəzən alıcılar çox asanlıqla istehsalçıların, belə deyək, tələsinə düşürlər. Bu yazıda bu cür avantüralara uymamağın çox sadə yollarından biri ilə tanış olacağıq.


Bazarlıq zamanı marketdə eyni növ məhsulun bəzən onlarla növünə rast gəlmək olar. Çox vaxt biz bu markaların mənşəyi – hansının hara istehsalı olduğu haqda məlumatsız oluruq. Çox tez-tez olur ki, məhsulun özü yerli olsa da, adı, vizual görünüşü ilə daha çox “xarici marka”nı oynamağa çalışır. Məhsulu əlimizə alıb üzərini oxuduqda isə bir neçə dildə tərkibinin yazılması və s. alıcılarda malın xarici mənşəli olmasına inamı daha da artırır.


Bəs bu cür hallardan necə yayınmaq olar?



Əslində məsələ çox sadədir. Malın hansı ölkə qeydiyyatında olduğunu öyrənmək üçün məhsulun adına, loqosuna (etiketi), tərkibinə deyil, barkoduna və istehsal ölkəsinə baxmaq kifayət edir. Bu haqda bir az daha ətraflı danışaraq məlumatı olmayanlar üçün qısa arayış vermək istərdik.


Barkod nədir?

Paylaş: