Search for:

Vətəndaşların problemlərini öz problemim hiss etmişəm

Paylaş:

42-ciparalel.az


-Ziyaməddin
müəllim, vaxtilə siz Xətai rayon İcra Hakimiyyətində birinci müavin vəzifəsində
çalışmısınız. Hal-hazırda elə bu İcra Hakimiyyətində Ərazi İdarəetmə və Yerli
özünüidarəetmə şöbəsinə rəhbərlik edirsiniz. Vəzifə dəyişikliyi olsa da fikrimcə
məsuliyyət eyni olraq qalır. Siz necə düşünürsünüz?

Doğrudur, mən uzun müddət , yəni 14 ildən artıq Başçının birinci
müavini vəzifəsində işləmişəm. Hazırda isə Ərazi İdarəetmə və Yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıram. Mən harada işləməyimdən
aslı olmayaraq həmişə çalışdığım kollektivin nüfuzunu üstün tutmuşam və
çalışmışam ki, tutduğum vəzifənin məsuliyyətini hiss edim. Artıq mənim üçün heç
bir fərqi yoxdur, ya Başçının birinci müavini və ya şöbə müdiri. Mən işlədiyim
icra orqanında özümü həmişə doğrultmuşam. 37 ilə yaxın dövlət qulluğunda təcrübəm
var. Mən dövlət qulluğunun müşaviriyəm. Ona görə də “Dövlət Qulluğu” haqqında
qanunda nəzərdə tutulan bütün müddəalara əməl etməyə çalışıram. Işimiz bir başa
vətəndaşlarla təmasda olduğundan fəaliyyəimdə həmişə çalışmışam ki, Dövlət
Qulluqçusunun etik davranış qaydalarına riayət edim.Buna nə qədər nail olmuşam
onu rayon əhalisindən və işlədiyim kollektiv üzvlərindən soruşmaq lazımdır. Mən
həmişə vətəndaşların problemini öz problemim hesab etmişəm.


– Rayonun İcra Hakimiyyətinə vətəndaşlar tətəfindən edilən
müraciətlərə necə əməl olunur?

Rayonumuzda vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət
etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılaraq,qanunvericiliklə müəyyən edilmiş
qaydada və müddətdə onlara cavab verilməsi təmin olunmuş,vətəndaşların mütamadi
qəbulu təşkil edilmiş,səyyar görüş və qəbullara daha çox üstünlük verilmişdir.

Vətəndaşların müraciətlərinin təkmilləşdirilməsində elektron müraciətlərin
əhəmiyyətini nəzərə alaraq Rayon İcra Hakimiyyətinin internet sayttı fəaliyyət
göstərir.

Mütamadi olaraq vətəndaşların müraciətləri təhlil olunur. Hər bir
müraciət diqqətlə öyrənilir, həlli mümkün olan məsələlər həllini tapır.

Rayondan asılı olmayan məsələlər barədə vətəndaşlara izahat verilir.
Son iki ildə səyyar qəbul görüşlərinə daha çox üstünlük verilir. Bu səyyar qəbullar
ayrı-ayrı ərazilərdə qrafik əsasında aparılır. Rayonun ayrı-ayrı
strukturlarının rəhbərləri həmin qəbullarda iştirak edir və aidiyyati məsələlərin
həlli onlara tapşırılmaqla icrası nəzarətə götürülür. Bundan əlavə hər həftənin
birinci günləri rayon icra hakimiyyətində Başçı tərəfindən vətəndaşların qəbulu
təşkil olunur. Hənin qəbulda da rayon strukturlarının rəhbərləri iştirak edirlər.
Həftədə iki dəfə Başçının müavinləri və şöbə müdirləri vətəndaşları qəbul edirlər.
Bu iş elə təşkil olunmuşdur ki, rayon İcra hakimiyyətinə gələn hər kəs həmin
gün də qəbul olunur.


-Bu gün
bütün sahələrdə gənclər əksəriyyə təşkil edir. Gənclərin işə cəlb edilməsi üçün
hansı addımları atırsınız?

Gənclər siyasətinin Azərbaycan
Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğundan
rayon Gənclər və İdman İdarəsi ilə sıx əməkdaşlıq edilir, birgə milli-mənəvi və
ümumbəşəri dəyərlərin qorunması, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi,
rayonun ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, gənclər üzrə təşkilatların
formalaşması və inkişafı üçünşəraitin yaradılması istiqamətində də bir sıra işlər
görmüşdür. Belə ki, “Gənclər Günü” münasibətilə hər il müxtəlif formatda tədbirlər
keçirilir, rayonun fəal gənclərinin nümayəndələri bu tədbirlərdə iştirak edirlər.
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan
Respublikası Fövqaladə hallar Nazirliyinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun
olaraq Xətai rayon İcra Hakimiyyəti Başçısının imzaladığı Sərancama əsasən
rayon məktəbliləri arasında hər il olduğu kimi bu il də “Cəsurlar” hərbi-idman
və turizm yarışları üzrə rayon birinciliyi keçirilmişdir. Istər “Cəsurlar”hərbi-idman
və turizm yarışları üzrə rayon birinciliyi keçirilmişdir. Istər “Cəsurlar” və
istərsə də “Şahin” hərbi idman yarışlarında rayonumuzun məktəbliləri neçə illərdir
ki, şəhər və respublika birincisi olurlar.


– Tutduğunuz
vəzifə səlayihətlərinə müvafiq olaraq funksional vəzifə borclarının siyahısına
hər hansısa bir konkret inzibati ərazi çərçivəsində vətəndaşların konstitusiyon
hüquqlarının təminatı aiddir. Icra Hakimiyyətində bu hüquqlar təmin olunurmu?
Deyilənlərə münasibətinizi bilmək istəyərdik.

Çalışdığım rayon İcra Hakimiyyətində vətəndaşların konstitusiyon
hüquqlarının ttəminatına səy göstəririk. Bəzən elə olur ki, vətəndaş rayon İcra
Hakimiyyətininsəlahiyyətində olmayan məsələ barədə bizə müraciət edir. Biz
izahat verərək bu məsələnin həllinin İcra Hakimiyyətinin səlshiyyətində
olmadığını bildiririk. Vətəndaş etiraz
edərək konstitusion hüququnun pozulduğunu qeyd edir. Biz isə təkrar izah edirik
ki, biz yalnız sizə istiqamət verdik, sizə izah etdik, əlbəttə siz
hüquqlarınızı tələb edirsiniz, ancaq qldırdığınız məsələ burada həll olunmur.






Müsahibimiz Xətai rayon İcra



hakimiyyətinin Ərazi İdarəetmə



və Yerli özünüidarəetmə şöbəsinin



müdiri Zaməddin Əkbərovdur





M. Məmmədzadə

Paylaş: