Search for:

Onun ürəyi doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır.

Paylaş:

42-ciparalel.az

Olduqca

mürəkkəb

bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən
Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini
gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı
ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli
yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər
Əliyev yaşadığı keşməkeşli həyatı boyu hər zaman
xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin
möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Heydər Əliyev
bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün
misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır.

Təbiətin ona bəxş etdiyi bir çox nadir
keyfiyyətlər sayəsində Heydər Əliyev uzaq görən şəxsiyyət kimi
tarixi hadisələrin gedişini irəlicədən müəyyən edə bilir, milli tarix üçün
olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər
mövqeyi nümayiş etdirir, tam qətiyyətlə hərəkət etməyi bacarırdı.
Şəxsiyyətindəki qətiyyət onun geniş auditoriya qarşısında çıxışlar edərkən çox
vaxt elə bədahətən söylədiyi fikirlərdə də parlaq əksini tapmışdır. Sarsılmaz
məntiq üzərində qurularaq qeyri-adi dərəcədə böyük təsir gücünə malik məruzə və
nitqləri Heydər Əliyevin fəlsəfi və siyasi dünyagörüşündəki dərinliyin və
genişliyin açıq ifadəsidir.

Heydər Əliyev zəmanəmizin böyük filosofu
və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq
fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli
dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının
həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son
yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə
Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə,
elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir.

Bu baxımdan Heydər Əliyevin respublika
rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın
başlanğıcı kimi qəbul edilir. Tarixi məhz bu dövrdən etibarən başlanan Heydər
Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın
milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur
hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf
strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Onun respublikaya rəhbərlik
etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin
yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə
Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli
özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil
dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı.

Heydər Əliyevin 1969-82-ci illərdə
Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər milli özünüdərk duyğularını
ideoloji sistemin keçmiş buxovlarından xilas edərək, xalqın tarixi yaddaşının
özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz
yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri sıxılıb qalmış milli
dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün
münbit zəmin yaratmışdı.

İqtisadiyyatı bütövlükdə dərin və
uzunmüddətli böhran mərhələsinə qədəm qoymuş respublikada yaranmış bu ağır
vəziyyətdən çıxış yolu tapılmalı, onun iqtisadi inkişafını təmin etmək üçün
prinsipial cəhətdən yeni konseptual səviyyədə yanaşma yolları işlənib
hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparılmalı,
təsərrüfatçılıqda və iqtisadi həvəsləndirmədə yeni üsullar tətbiq olunmalı idi.
Heydər Əliyev əmin idi ki, millətin siyasi müstəqilliyinin özülünü onun
iqtisadi cəhətdən azadlığı şərtləndirir.

O illərdə milli ideyanın qıtlığı üzündən
baş alıb gedən, həm iqtisadi, həm mədəni tənəzzülə aparan mənfi hallar Heydər
Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırıldı. Onun yorulmaz fəaliyyətinin
nəticəsidir ki, 1970-1985-ci illər baş verən dəyişikliklərin miqyasına görə,
ictimai və iqtisadi sahədəki dərin islahatların səciyyəsinə və xalqın maddi
rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq
salnaməsində, sözün həqiqi mənasında, ən parlaq səhifələr

Heydər Əliyevin dövlətçilik strateji
proqramında azərbaycançılıq məfkurəsi ilə bağlı diqqəti bir də məhz belə bir
cəhət çəkir ki, burada mənəvi, bədii, estetik intibah iqtisadiyyatda, sənaye,
tikinti və təsərrüfatdakı böyük nailiyyətlərlə, güzərandakı elliklə yaxşılaşma
və kütləvi ruh yüksəkliyi ilə birləşərək vahid axarda gerçəkləşmişdir.

70-ci illərdən başlayaraq iqtisadi
potensialın yaratdığı bu yüksəliş Azərbaycanı özünün iqtisadi inkişafının
növbəti mərhələsi kimi tarixən zəruri azadlıq mübarizəsinə də daxilən
hazırlamışdır. 80-ci illərin sonu – 90-cı illərin əvvəlində müstəqillik
hərəkatının geniş vüsət alması Heydər Əliyev dövründəki həmin iqtisadi yüksəliş
və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli
mübarizlik

Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər
Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən
strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Heydər
Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili
statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il
Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr
baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər belə bir addım məhz
gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin
idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin ittifaq
miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq
miqyasda ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və
nəşri – bütün bunlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya
təməlində dayanan siyasətinin əməli nəticələridir.

Bütün bu illər ərzində əsl rəhbər kimi
məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda
bilmişdir. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra
özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır. Heydər Əliyevin
siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq
təhlükəsi arxada qalmışdır.


Azərbaycan
Respublikası


Nərimanov rayon icara        hakimiyətinin




Başçısı Abdin Fərzəliyev


Paylaş: