“HEYDƏR ƏLİYEV – ÖMÜR PİLLƏLƏRİ”
42-ciparalel.az
Sovet
dövlətinin kifayət qədər güclü olduğu illərdə, bu dövlətin dünyaya meydan
oxuduğu dövrdə belə Heydər Əliyev mənəvi azadlığın təminatçısı oldu. Onun ən
böyük üstünlüyü öz xalqının tarixini mükəmməl bilməsi idi. Məhz Ulu Öndərin sayəsində hələ sovet
rejimində Azərbaycan dili
dövlət dili status aldı.
Ulu öndər
Heydər Əliyev Azərbaycan xalqının elmi və intellektual potensialının gücləndirilməsinə
həmişə böyük qayğı ilə yanaşırdı.
Məhz elə bu qayğı və diqqətin sayəsində yüzlərlə
azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı
qazanmışdır. Bu kadrların bir çoxu yenidən Azərbaycana qayıdıb respublikanın
inkişafına öz töhfələrini versə də, onların bir qismi təhsil aldıqları şəhərlərdə
məskunlaşmışdır. Bir sözlə, 70-80-ci illərdə Sovet dövlətində gedən
respublikalar arası inteqrasiya prosesləri, gənclərin Azərbaycandan kənarda digər
respublikalarda təhsil almaq imkanı azərbaycanlıların təbii miqrasiyasına təkan
vermişdir. Respublikamızdan kənarda əmək fəaliyyətinə başlayan həmin mütəxəssislər
bir tərəfdən həmvətənlərimizin mütəşəkkilliyinin güclənməsinə, digər tərəfdən
isə elm və mədəniyyətimizin inkişafına əhəmiyyətli yardım göstərmişlər.
Ulu Öndər Heydər Əliyevin Moskvada Sovet dövlətinin
rəhbərlərindən biri kimi fəaliyyəti dünya azərbaycanlıları arasında milli təfəkkürün
güclənməsində xüsusi rol oynamışdır.
60 –
70-ci illərdə mövcud siyasi reallıqlar milli-ideoloji zəmində
açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət,
elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir,
dünya azərbaycanlılarının tarixi
Vətənlə əlaqələrinə xidmət edəcək imkandan tam
səmərə ilə istifadə edilirdi. Xarici ölkələrlə mədəni əlaqələrin qurulması, bədii
tərcümə işinin genişlənməsi, xaricdə yaşayan həmvətənlərimizlə Azərbaycan Mədəni
Əlaqələr Cəmiyyətinin (“Vətən” cəmiyyəti) yaradılması və soydaşlarımızın Vətənlə
ayrılmaz tellərlə bağlanması mühüm addımlardan biri idi. Eyni zamanda,
respublikamızın hərtərəfli inkişafı onlarda milli qürur hissi oyadır, Ata
yurduna maraq və bağlılığı artırırdı.
O dövrdə tələbələr arasında o taylı,
bu taylı Azərbaycan uğrunda
gizli fəaliyyət göstərən dərnəklərin yaranması da məhz Heydər Əliyevin vətənpərvərliyindən irəli
gəlirdi.
XX əsr
boyu yalnız əsrin Heydər Əliyev qərinəsi adlandırdığımız
mərhələdə cənubi Azərbaycan mövzusunu qorxusuz-hürküsüz düşüncələrimizdən
dilimizə, ordandan da qələmimizə gətirdik. Vahid xalqın eyni tarixi kökünü, eyni mədəniyyətini, tədqiq
edən yüzlərlə əsərlər yarandı. Onun dəmir əli yalnız qanunları
qorumurdu, sinəsində xalq və Vətən üçün çırpınan ürəyinin hökmü ilə millətini
və xalqını sevən insanları da qoruyurdu. Mən
tam əminəm ki, XX əsrin 70-ci illərində
parlaq istedadların özlərini təsdiq
etməsi, elm və mədəniyyət, ədəbiyyat və incəsənət, iqdisadiyyat sahəsindəki
nailiyyətlər Heydər Əliyevin yaratdığı mənəvi-psixoloji mühitin bəhrəsi idi.
Ötən əsrin
80-ci illərinin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyanın sərhədləri
çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının
güclənməsinə zəmin yaratmış oldu.
Azərbaycan
batmaqda olan bir gəmini
xatırladırdı. Kompası itmiş
bu sükansız gəmi ucsuz-bucaqsız dəryada
azmışdı. Bu gəminin sərnişinləri nicat
yolu axtarırdılar.
Şükürlər
olsun ki, bu gəminin kapitanı tapıldı.
Böyükdən
kiçiyə, kiçikdən böyüyə – hamının gözü Ona zillənmişdi. Hətta ən amansız rəqibləri
və sədaqətli dostları belə ölkədə yaranmış xaosdan, hərc-mərclikdən yalnız Onun baş çıxaracağına inanırdılar. Başqa birinin yox! Bəli,
tarix Böyük İnsanı bir daha sınağa çəkirdi. O, xalqın görən gözü, düşünən beyni, vuran ürəyi, xilas məşəli, millətin Atatürk timsallı atasıydı.
Dünyanın siyasi xadimləri arasında Heydər
Əliyev obrazı öz parlaqlığı ilə diqqəti cəlb edir. Bu siyasi fenomenin
işığının bu qədər gur olmasınının səbəbləri
çoxdur. O, ən azı XX əsrin qüdrətli siyasi sütunlarından biridir. Böyük
Qazax şairi, yazıçı, ictimai
xadim Oljas Süleymenov
USTAD dediyi Ulu Öndərimizi İKİ ƏSRİN QƏHRƏMANI adlandırır.
Heydər
Əliyev haqqnda təkcə mən yox, yüzlərlə
yazıçı kitablar yazıb…
Heydər
Əliyevin siyasi obrazı mənə də, mənim
müasirlərim olan insanlara da
tanış, doğma və mükəmməl bir obrazdır… Bu obraz özündə vətənpərvərlik
duyğusunu, qurub-yaratmaq eşqini, milli
dəyərlərə hörmət və ehtiramı cəmləmişdi.
Heydər
Əliyev kimi dahinin – ən böyük
AZƏRBAYCANLININ RUHU qarşısında öz vətəndaşlıq borcumu “Heydər Əliyev”
kitabından başqa “Amalın işığında”, “Həqiqət”, “Zəfər yolu”, “Millətin atası”, “İşığın izi ilə”, “Bir günəş
var” kitablarımı yazıb, araya-ərsəyə gətirməklə
az da olsa verməyə cəhd etdim.
Heydər Əliyev üçün mühüm şey canından çox istədiyi
müstəqil Azərbaycanin gələcək taleyi idi, Azərbaycan xalqı idi. Onu naşı əllərə tapşıra bilməzdi!
Ona “Baba”
deyən bu
millətin müdrik sözə
ehtiyacı vardı. 1
oktyabr 2003-cü ildə uzaq Klivlentdən doğma Azərbaycana ünvanladığı ritorikadan uzaq müraciət –
vəsiyyət doğma xalqımız tərəfindən hərarətlə qarşılandı. Bəli, xalq
öz Milli Liderinin – son müraciətini vəsiyyət kimi
qəbul edib, ona əməl etməyi özünə
borc bildi. Heydər Əliyevin ciyərparası İlham Əliyev
prezident seçildi … Xalq bir həqiqəti
anladı ki, borc
bildiyi bu əməl Azərbaycanın
müstəqilliyinin əbədiliyinə, iqdisadi tərəqqisinə, demokratiyanın dönməzliyinə xidmət edəcək!. Bəli, Azərbaycan dövlətinin müqəddəs rəmzlərinin
ən etibarlı keşikçisi ancaq İlham
Əliyev ola bilərdi və oldu da…
Ulu öndərin, ruhu şad olsun!
Azərbaycan
Respublikası,
Lənkəran
İcra Başçı Taleh
Qaraşov.