Search for:

Rusiya lideri orduya yeni tapışırıqlar verib

Paylaş:

42-ciparalel.az

“Ümid edirəm ki, terrorçuluqla mübarizədə


nüvə silahından


istifadə etməyə ehtiyac qalmayacaq”.



Bu sözləri


Rusiya


prezidenti


Vladimir Putin


deyib.




Putin Rusiyanın Müdafiə Nazirliyinə


İŞİD


-lə mübarizədə istifadə olunan silahların effektivliyinin yoxlamaq üçün tapşırıqlar verib.




“Biz mübarizə apardığımız ərazilərdə silahların neçə işlədiyini analiz etməliyik. Dəniz və havadan atılan raketlər müasir və çox təsirlidir. Terrorla mübarizədə nüvə silahından istifadə etmək lazım deyil. Ümid edirəm ki, biz də istifadə etmərik”.


İlk atom bombası


İkinci Dünya müharibəsinin


sonunda


ABŞ


-da hazırlanıb. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımi dərinlikdə) partladıla bilir. 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın


Xirosima


(avqustun 6-da) və


Naqasaki


(avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdı. Xirosimada 200 minə yaxın adam ölüb və itkin düşüb, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdü.




Xirosimaya atom boması atıldıqdan sonra


Rusiya isə nüvə silahını Suriya və İraqda terrorçulara qarşı istifadə etməyin mümkünlüyünü müzakirə edir. Rusiya Hərbi Hava Qüvvələri İŞİD-lə mübarizə adı altında sentyabrın 30-dan Suriya ərazisini bombalayır. Rusiya ordusunun quru əməliyyatlar həyata keçirdiyi sübut olunmasa da, bəzi mənbələr


Bəşər Əsədə


qurudan yardım edildiyi barədə məlumatlar var. Amma Rusiya bu faktları təstiqləmir.




Rusiya bir müddət əvvəl Suriya ərazisini


Xəzər dənizindən


bombaladığı barədə rəsmi açıqlama verib. Oktyabrın 7-də Xəzər donanmasının 4 raket gəmisi İŞİD terrorçularının 11 hədəfinə 26 qanadlı


raket zərbəsi endirib.


ABŞ-ın və onun müttəfiqlərinin etirazlarına baxmayaraq Suriyaya hava zərbələrini davam etdirir. Rusiya hava zərbələrinə başladıqdan sonra Misirdə ölkənin sərnişin təyyarəsi vuruldu. Daha sonra Türkiyə Rusiyanın qırıcı təyyarəsinin sərhədlərini pozduğu üçün vurdu.


İqtisadi vəziyyəti gərgin olan Rusiya Suriya ərazisində həyata keçirdiyi əməliyyatlara milyonlarla dollar pul xərcləyir.


Paylaş: