Search for:

“Türk Axını” bərpa oluna bilər

Paylaş:

42-ciparalel.az

“Qazprom” nümayədəsi layihənin gələcəyi ilə bağlı dəqiq qərarın olmadığını deyib.


“İndi heç kim ”


Türk Axını


” təbii qaz kəməri layihəsinin gələcəyi barədə suala cavab verə bilmir. Ümid edirəm ki, ağıllı məntiq qalib gələcək”.  – B


u sözləri


Rusiyanın





Qazprom


” şirkətinin İdarə Heyətinin sədr müavini


Valeri Qolubev


bildirib.



Dekabrın 3-də Rusiyanın energetika naziri


Aleksandr Novak


bildirmişdi ki, boru kəmərinin tikintisi və hökümətlərarası


danışıqlar dayandırılır.


Amma Aleksandr Novak layihənin tamamilə ləğv edilməsi ilə bağlı heç nə deməmişdi.



Valeri Qolubev – Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədr müavini


Dekabrın 6-da isə


Türkiyənin


prezidenti


Rəcəb Tayyib Ərdoğan


bildirmişdi ki, “Türk Axını” tələblərimizə uyğun olmadığı üçün biz ləğv etmişik.


“Son günlər “Türk Axını” layihəsinin Rusiya tərəfindən ləğv edildiyi ilə bağlı xəbərlər yayılıb. Bu yalanlara inanmayın. Biz sanksiyaların dili ilə deyil, diplomatiyanın vasitəsi ilə problemləri həll etməliyik. Sanksiyaların tətbiqi hər iki ölkə üçün zərərlə nəticələnəcək”, – Ərdoğan bildirib.


Ölkələr arasında gərginliyə səbəb isə Rusiyanın Türkiyə sərhədlərini pozması olub. Türkiyə ərazilərinə daxil olan Rusiya qırıcısını vurub. Hadisə Suriya – Türkiyə sərhədində baş verib.


Qırıcının vurulması ölkələr arasında münasibətlərin pisləşməsi ilə nəticələndi. Türkiyə soyuqqanlı davransa da, Rusiya qırıcının qısasını almaq üçün sanksiyalara əl atdı. Rusiya Türkiyəyə kənd təsərrüfatı məhsullarının ixracını dayandırıb. Türkiyədən gələn yük maşınlarını ölkəyə buraxmır.

Paylaş: