Search for:

Medvedev Türkiyəyə meydan oxudu

Paylaş:

42-ciparalel.az

“Analoji hallar XX əsrdə müharibələrə səbəb olardı”.



Rusiya


“Su-24”

qırıcı təyyarəsinin vurulmasından sonra Türkiyəyə müharibə elan edə bilərdi. Amma Rusiya bunu etmədi”.
Bu sözləri Rusiyanın baş naziri

Dmitri Medvedev

ölkə telekanallarına müsahibəsi zamanı deyib.



“Analoji hallar XX əsrdə müharibələrə səbəb olardı. Belə müharibəyə əsaslarımız var idi. Çünki bu xarici dövlətə birbaşa hücumdur. Amma Rusiya prezidenti və rəhbərliyi müharibəyə əl atmadı”, -deyə Medvedev bildirib.


Medvedev bildirib ki, biz türklərə göstərməli idik ki, onlar bu etdiklərinə görə cavab verəcəklər. “Bizim tətbiq etdiyimiz qadağalar sözün əsl mənasında


sanksiya deyil


. Bu, sadəcə dövlətimizin ilkin qoruyucu reaksiyasıdır”.


Paylaş: