Search for:

Kriştianu Ronaldo rekord vurdu

Paylaş:

42-ciparalel.az

Futbol üzrə Çempionlar Liqasının


qrup mərhələsinin 6-cı turu çərçivəsində


“Real Madrid” klubu


öz meydanında


“Malmö”nu


qəbul edib. B


u oyunda 4 qol vuran


Kriştianu Ronaldo


rekord da qırıb.



Oyuna gəlincə, matçda hesab artıq oyunun 12-ci dəqiqəsində açılıb. Kərim Benzema adını tabloya yazdırıb. Benzema bir daha 24-cü dəqiqədə özündən söz edib. Bu dəfə fransalı futbolçu Kriştianu Ronaldonun qapı önünə asmasından sonra topu başla tora qovuşdurub.




Oyunda darmadağının əsasını isə, 39-cu dəqiqədə Kriştianu Ronaldo qoyub. Ronaldo bir daha 47-ci, 50-ci və 58-ci dəqiqələrdə fərqlənərək, rekorda imza atıb. Beləki, Ronaldo Çempionlar Liqasının qrup mərhələsində 11 qol vuran ilk futbolçu kimi tarixə düşüb.




Oyunda vurulan digər qollara gəlincə: 70-ci dəqiqə Mateo Kovaçiç, 74-cü dəqiqədə isə Kərim Benzema ( İsko assist) fərqləniblər. Beləliklə, “Real Madrid” – “Malmö” matçı meydan sahiblərinin 8:0 hesablı qələbəsi ilə başa çatıb.


“Real Madrid” – “Malmö” oyunu

Paylaş: