Gürcüstan geri addım atır
42-ciparalel.az
Kaxa Kaladze Azərbaycanın Gürcüstan üçün əsas qaz tədarükçüsü olduğunu bildirib.
Gürcüstanın
energetika naziri
Kaxa Kaladze
və
Rusiyanın
”
Qazprom
” şirkətinin rəhbəri
Aleksey Miller
arasında görüş keçirilib. Bu dəfəki, görüş
Lüksemburqda
baş tutub.
“Qazprom” un saytında yerləşdirilən məlumata görə, əsas müzakirə mövzusu Ermənistana qaz ötürülməsi və gürcü şirkətlərinin Rusiyadan kommersiya qazının alınması olub.
A.Miller bildirib ki, “Qazprom” hazırda İranın Ermənistana qaz ötürülməsinin yaxışılaşdırılması üzərində işləyir.

Aleksey Miller – “Qazprom” şirkətinin rəhbəri
Görüşdən sonra Kaxa Kaladze bildirib ki,
Azərbaycan
Gürcüstan üçün bundan sonra da əsas qaz təchizatçısı olaraq qalacaq. “Amma biz İran və Rusiyadan da mavi yanacaq alışı ilə bağlı işlərimizi davam etdirəcəyik”.

Kaxa Kaladze – Gürcüstanın energetika naziri
K.Kaladze bundan əvvəl bildirmişdi ki, əgər
Türkiyə
və Azərbaycan
TANAP
qaz boru kəmərinin tikintisini tezliklə başa çatdırsa , Gürcüstanın Rusiyadan təbii qaz almasına
ehtiyacı olmayacaq.
Onun sözlərinə görə, Gürcüstanın 2018-ci ilə qədər vaxtı var.
Gürcüstan rəsmisi Ermənistana ötürülən qazın tranzit haqqının əvəzinə “Qazprom”dan alınan təbii qazın ixracı ilə bağlı müzəkirələrin davam etdiriləcəyini də bildirmişdi.
Türkiyə və Rusiya arasında baş verən
qırıcı qalmaqalından
sonra Gürcüstan “Qazprom”la qaz alışında tərəddüd etməyə başladı. Çünki Rusiya son hadisələrdən sonra Türkiyəyə sankisyalar tətbiq etməyə başladı.Bu isə Gürcüstanı bir daha düşünməyə məcbur etdi. Kaxa Kaladze hadisələrdən sonra Azərbaycanın onlar üçün əsas təchizatçı olduğunu açıqladı.