Search for:

Gəncədə bıçaqlanma hadisəsi baş verib

Paylaş:

42-ciparalel.az


Yaralıların vəziyyətinin orta ağırdır.

Gəncədə bıçaqlanma hadisəsi baş verib. İki gənc aralarında yaranan mübahisə zəminində bir-birini bıçaqlayıb.


Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. Şəhərin Üzeyir Hacıbəyov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Faiq Zahid oğlu Sadıqovla F. Əliyev küçəsi, döngə 2, bina 15-də yaşayan 1996-cı il təvəllüdlü Hüseyn Namiq oğlu Mayılov bir-birini bıçaqlayıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.


Xəstəxanadan hər iki yaralının vəziyyətinin orta-ağır olduğunu bildirdilər.


Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


İki gəncin bir-birini bıçaqlamasının dəqiq səbəbləri bilinmir.


Paylaş: