Skip to content
42-ciparelel.az
Məqsəd süni qiymət artımının qarşısını almaqdır.
Yeni il ərəfəsində
Bakıda
5 gün ardıcıl kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, yarmarkalar dekabrın 26-dan 31-dək davam edəcək.
Yarmarkalar Bakı ilə yanaşı,
Sumqayıt şəhərində
də keçiriləcək. Satış yarmarkaları Kənd Təsərrüfatı Nazirliyi və
İqtisadiyat və Sənaye Nazirliyi
tərəfindən təşkil olunacaq.
Qurum rəsmisinin sözlərinə görə yarmarkaların fəaliyyəti yalnız insanların kənd təsərrüfatı məhsullarına olan ehtiyacını ödəmir. Eyni zamanda fermerlər istehsaldan gəlir əldə etmək imkanı qazanırlar.
Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları artıq bir neçə ildir keçirlir. Yarmarkaların keçirilməsində əsas məqsəd süni qiymət artımının qarşısını almaq və alıcıları daha ucuz qiymətlərlə satılan məhsullarla təmin etməkdir.