İranın dini liderindən Azərbaycanla bağlı qalmaqallı açıqlama
42-ciparalel.az
“Əgər İran olmasaydı, Azərbaycan bu gün mövcud olmazdı”.
“Əgər
İran
olmasaydı,
Azərbaycan
bu gün sadəcə mövcud olmazdı”. B
u sözləri İranın
Şərqi Azərbaycan
əyalətinin Sərab şəhərinin dini lideri Əli Əkbər Əkrəmin deyib.
Əli Əkbər Əkrəmin sözlərini
Dağlıq Qarabağ müharibəsi
vaxtı İranın Azərbaycana etdiyi yardımla əsaslandırıb.

Əli Əkbər Əkrəmin – İranın Şərqi Azərbaycan əyalətinin dini lideri
Məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlasaq da diplomatik qurumdan heç bir açıqlama vermək istəmədilər.
Bakının Nardaran qəsəbəsində isə noyabrın 6 –da keçirilən əməliyyatdan sonra İranın bəzi dairələrindən Azərbaycana qarşı ittihamlar səslənməyə başlandı.
Bundan əvvəl İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Mənsur Həqiqətpur Azərbaycanın Nardaran qəsəbəsinin sakinlərini polislə silahlı qarşıdurmadan sonra
fəallaşmağa çağırmışdı.
Parlament üzvü bildirib ki, Azərbaycan bir tərəfdən, “homoseksuallara azadlıq verir, digər tərəfdən isə şiələrə qarşı zorakılıq edir”. Onun sözlərinə görə, belə hərəkətlərin “pis nəticələri olacaq”.