Skip to content
42-ciparalel.az
18 yaşlı qız xəstəxanaya çatdırılıb.
Bakının
Səbayıl
rayonunda –
Dənizkənarı Milli Parkda
ərazisində bir nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun verdiyi məlumatına görə, bu gün günorta radələrində bir gənc qız özünü suya atıb öldürmək istəsə də, onu idarənin mühafizə xidmətinin və
Fövqəladə Hallar Nazirliyinin (FHN)
əməkdaşları xilas ediblər.
“Özünü dənizə atan qızın təxminən 18 yaşı olardı. Onu dərhal xilas edə biliblər. Hadisə yerinə gələn təcili yardım maşını vasitəsi ilə xəstəxanasına aparılıb. Gənc qızın vəziyyətini ağır idi”, – deyə Nazim Məcidov bildirib.
İntiharın hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil. Hadisə ilə bağlı istintaq işləri aparılır.