Qran Prisinin biletləri dekabr ayının 19-da satışa çıxarılacaq. O
nlayn bilet satışının başlanğıcı eyni zamanda “Son 6 ay” tədbirinin keçirilməsi ilə üst-üstə düşəcək.
“Bakı Şəhər Halqası” dekabr ayının 19-da yarış biletlərinin onlayn satışına başlamaqla ilk dəfə baş tutacaq 2016 Formula-1 Avropa Qran Prisinə gedən yolda daha bir mərhələyə yekun vuracaq. Bilet satışının başlanması həmin ərəfədə şəhərdə keçiriləcək “Son 6 ay” tədbiri ilə eyni günə təsadüf edəcək.