Search for:

Ermənistanın növbəti təxribatının qarşısı alınıb

Paylaş:

42-ciparalel.az


Azərbaycan nümayəndə heyəti düşmən təxribatına layiqli cavab verib.



UNESCO


hökumətlərarası komitəsinin toplantısında


Azərbaycan


nümayəndə heyəti Ermənistan təxribatına layiqli cavab verib.






30 noyabrdan 4 dekabr tarixinədək davam edən sessiyada Ermənistanın təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi” nominasiya faylı qeyri-mədəni irs üzrə reprezentativ fayla daxil edilməyib. Fayl Ermənistana geri qaytarılıb.






Bu barədə


Mədəniyyət və Turizm Nazirliyinin


beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə açıqlama verib:






“Ermənilər “Köçəri, ənənəvi qrup rəqsi”ni UNESCO-ya təqdim etməklə bizdə belə bir fikir formalaşdı ki, məhz onların Naxçıvana olan iddialarını bu formada həyata keçirməyə çalışırlar. Qiymətləndirmə qrumu həmin sənədə 5 mənfi rəy vermişdi. Bu 5 mənfi rəy hökumətlərarası komitədə müzakirə olundu. Biz ayrı-ayrılıqda komitə üzvülərinin hər birinə öz etirazımızı bildirdik ki, bu artıq siyasiləşdirilmiş bir məsələdir. Təbii ki, bu da bizim maraqlarımıza cavab vermir. Eyni zamanda bunu biz erməni təcavüzünün davamı kimi qiymətləndiririk”.


Paylaş: