ABŞ səfiri neftçi ailələrinə baş sağlığı verdi
42-ciparalel.az
“Dualarımız itkin düşənlər və onların yaxınları üçündür”
ABŞ-ın Azərbayacandakı səfiri Robert Sekuta “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza qurbanlarının ailələrinə baş sağlığı verib.
ABŞ-ın
Azərbaycandakı
səfiri Robert Sekuta bununla bağlı Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı (NHMT) İctimai Birliyinin rəhbəri
Mirvari Qəhrəmanlıya
məktub göndərib. Məktubda deyilir:
“Mən
Xəzər dənizində
SOCAR-a
məxsus platformada yanğın zamanı həlak olan və itkin düşən şəxslərin yaxınlarına baş sağlığı verirəm. Bu faciə ilə bağlı təssüf hissi keçiririk. Hadisə vaxtı sağ qalanların olmasına görə çox sevindik. Adları sitkin siyahaısında olan insanların da tezliklə tapılacağına ümid edirik. Bizim bütün dualarımız itkin düşənlər və onların yaxınları ilədir”.

ABŞ səfirliyinin məktubu