Search for:

Türk ordusu şəhid verdi: 3 ölü

Paylaş:

42-ciparalel.az

Terroristlər əsgərlərin avtomobilini yandırıb.


Türkiyə


ordusu şəhid verib.


Şırnak vilayətində


avtomobilə iriçaplı silahlardan açılan atəş nəticəsində iki əsgər şəhid olub. H


adisə vilayətin


Cizrə rayonunda


qeydə alınıb. Türk ordusunun əsgərləri avtomobillərini təmir etdirmək üçün təmir sexinə gəliblər. Elə bu vaxt PKK silahlıları atəş açıb və nəticədə 2 əsgər həlak olub, 2 nəfər də yaralanıb. Yaralılar dərhal Cizrə rayonunda yerləşən xəstəxanasına çatdırılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.



Silahlılar hücumdan dərhal sonra əsgərlərin olduğu avtomobili yandırıblar. Bu zaman da şiddətli atışma olub.


Bundan başqa


Diyarbəkirin




Sur rayonunda


da əsgər şəhid olub. PKK silahlıları ilə atışma zamanı yaralanan xüsusi təyinatlı birləşmənin polisi xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Sur rayonunda küçəyə çıxma qadağasının davam etdiyi 4-cü gündə baş verən atışmalar zamanı 6 nəfər də yaralanıb.



Paylaş: