Search for:

London metrosunda terror aktı

Paylaş:

42-ciparalel.az

Hadisə nəticəsində 3 nəfər yaralanıb.


Böyük Britaniya


polisi


Londonda


baş verən silahlı insidenti terror aktı kimi qiymətləndirib.



London metropoliteninin Leytonstoun stansiyasında bıcaqla silahlanan naməlum şəxs sərnişinlərə hücum edib. Hücum nəticəsində azı 3 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.

Bəzi məlumatla görə silahlı şəxs insident zamanı “Bu Suriyaya görədir” sözlərini qışqırıb. Hadisə yerinə gələn polislər onu saxlayıblar.






Yerli polis nümayəndəsinin sözlərinə görə hadisə yerində nəqliyyat polisi araşdırmaları davam etdirir. “Bizim bir nəfərin ciddi xəsarət aldığı haqda məlumatımız var. Hazırda digər xəsarət alanlar haqda məlumatları dəqiqləşdiririk” – deyə polis bildirib.


Paylaş: