Türkiyədən Rusiyaya gəmi qısası ( Video )
42-ciparalel.az
Samsun limanında Rusiya bayraqlı 4 gəmi saxlanılıb.
Türkiyə gərgin münasibətdə olduğu 4 rus gəmisini saxlayıb. Bu gün yayılan məlumata görə, Rusiya bayrağı altında üzən 5 gəmi Türkiyənin Samsun limanında saxlanılıb. “Omsk 105”, “Rusich 1”, “Neva” və “Kristal” gəmilərdə yoxlamalar başlayıb. G
əmilər PSC yoxlanışı üçün (PSC ölkələrin limanlarına gələn xarici bayraqlı gəmilərə beynəlxalq konvansiyonların tələbinə uyğunlun yoxlanış formasıdır) saxlanılıb.




Türkiyənin Rusiyada saxlanılan gəmiləri
Məlumat üçün bildirək ki, son bir həftə ərzində
Rusiya
limanlarına yük daşıyan 5
Türkiyə
gəmisi PSC yoxlanışı üçün (PSC ölkələrin limanlarına gələn xarici bayraqlı gəmilərə beynəlxalq konvansiyonların tələbinə uyğunlun yoxlanış formasıdır) saxlanılıb. G
əmilər Rusiya Dənizçilik İdarəsinin müfəttişləri tərəfindən hazırlanan sənədlər əsasında yoxlanılır. Yük gəmiləri
Novorossiysk
limanında saxlanılıb. Bu gəmilərin adları – “Meyra”, “Adalady”, Halil Şahin, Mert Deval, Mahmud Saka adlı yük gəmiləri olub.
Bir müddət əvvəl isə Türkiyə Rusiyaya məxsus gəmilərin
Bosfor
boğazından keçməsinə mane olması barədə məlumat yayılmışdı. Lakin bu məlumat təsdiqini tapmayıb.
Bosfor boğazı Rusiya Federasiyası,
Ukrayna
və Cənub-Şərqi
Avropa
üçün əsas dəniz arteriyasıdır. Eyni zamanda, Rusiyaya, məhz, həmin yollarla kənd təsərrüfatı və sənaye malları çatdırılır.
Qara dənizdən
Aralıq dənizinə
yol Bosfor boğazı,
Mərmərə dənizi
,
Dardanel boğazı
və
Egey dənizi
vasitəsilə çıxmaq olur. Odur ki, bu boğaz böyük iqtisadi qiymətə malikdir.
Bundan başqa, Rusiya Bosfor və Dardanel boğazları vasitəsilə təkcə məhsullar deyil, eyni zamanda, yanacaq da daşıyır. Suriyaya Rusiyanın təyyarə bazası üçün hərbi yüklərin daşınmasında da bu boğazların rolu danılmazdır.
Türkiyənin Rusiya gəmilərini Bosfor boğazında saxlaması