sakinləri bildirir ki, artilleriya atəşi təqribən 1 saat davam edib. Gündüz saatlarında isə kənddə nisbi sakitlik hökm sürür. Kəndin hər dəqiqə atəşə məruz qalma ehtimalına baxmayaraq sakinlər gündəlik məişət qayğıları ilə məşğul olur. Axşama doğru isə ara-sıra atəş səsləri gəlir. Sakinlərin sözlərinə görə, son illər ərzində ilk dəfədir ki, cəbhədə bu qədər partlayış səsləri eşidilib.
də məlumatında bildirilir ki, son günlər Ermənistan silahlı birləşmələri bütün cəbhəboyu ərazilərdə təxribat xarakterli fəaliyyətlərini genişləndirməyə çalışırlar. Dekabrın 4-nə keçən gecə qarşı tərəf cəbhənin müxtəlif istiqamətlərində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqın etməyə cəhd göstəriblər. Erməni hərbi birləşmələrinin təribat xarakterli cəhdləri qabaqcadan aşkar edilib. Qarşı tərəf xeyli itki verərək geri çəkilməyə məcbur olub.
Son günlər atəşkəsin pozulması Azərbaycan ordusu üçün də itkisiz ötüşməyib. Erməni hərbi birləşmələrinin təxribat cəhdinin qarşısını alarkən silahlı qüvvələrimizin 2 hərbi qulluqçusu şəhid olub, iki nəfər isə yaralanıb.