Qırıcı qalmaqalından sonra daha bir türk nazir Bakıya gəlir
42-ciparalel.az
Türkiyənin baş naziri Əhəməd Davudoğlu Azərbaycana səfər edəcək.
Türkiyənin
Baş Nazirliyinin
saytına istinadla verdiyi məlumata görə, səfər dekabrın 3-4-də baş tutucaq. Məlumata görə, baş nazir Azərbaycan prezidenti
İlham Əliyev
və baş nazir
Artur Rasizadə
ilə görüşəcək.
Türkiyə rəsmisi yeni hökümət qurulduqdan sonra ilk səfərini
Şimalı Kipr Türk Respublikasına
edəcək. Davudoğlunun Azərbaycan səfəri yeni hökumətin ilk 100 günlük proqramına salınıb.

Əhməd Davudoğlu – Türkiyənin baş naziri
27 noyabrda isə Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu
Azərbəaycana
səfərə gəlmişdi.
Səfər çərçivəsində M.Çavuşoğlu Azərbaycan prezidenti İlham Əliyevlə, baş nazir Artur Rəsizadə və Milli Məclisin spikeri
Oqtay Əsədovla
görüşüb.
Səfərin əsas müzakirə mövzusu
Dağlıq Qarabağ
münaqişəsi və
Rusiya
ilə Türkiyə arasında əgərginlik münasibətlər olub.
Nazir Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin dəstəklədiyini bildirib. Çavuşoğlu Bakı səfərində prezident İlham Əliyevlə də görüşüb.

Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu və prezident İlham Əliyev arasında görüş
Hər iki səfər Rusiya və Türkiyə arasında münasibətlərin gərgin olduğu bir vaxtda təsadüf edir. Ehtimal etmək olar ki, Çavuşoğlunun səfərində olduğu kimi bu dəfə də müzakirə olunacaq mövzular arasına iki ölkə arasında gərginləşən münasibətlərin olacaq. Çünki Azərbaycanın həm Rusiya həm də Türkiyə əlaqələri yüksək səviyyədədir. Bu səbəbdən korlanan münasibətləri Azərbaycanın köməkliyi ilə bərpa etmək mümkün ola bilər.