Azərbaycanı özünə çəkən qüvvələr
42-ciparalel.az
Azərbaycan Türkiyənin maraqlarını nəzərə almalıdır.
Rusiya
ilə
Türkiyə
arasında münasibətlərin gərginləşməsi bütün
Qafqaz
regionuna təsir edir. D
ünya ekspertləri bu iki ölkə arasında müharibənin başlayacağı ehtimalını da istisna etmir.
Türkiyənin
F-16
qırıcısının Rusiyanın
SU-24
hərbi təyyarəsini vurmasından sonra dövlət rəsmiləri bir-birini sərt tənqid edib. Rusiya Türkiyəyə qarşı sanksiyalar tətbiq edib, türk şirkətlərinin ölkədəki fəaliyyətini məhdudlaşdırıb.
Lakin bu gərginləşən münasibətlər təkcə iki ölkə arasında qalmaqalla məhdudlaşmır. Bütün bu hadisələr fonunda Həm Rusiya, həm də Türkiyənin ən çox diqqətdə saxladığı ölkə hər ikisi ilə normal qonşuluq münasibətləri olan və əməkdaşlıq edən
Azərbaycandır
.
Son hadisələrdən sonra isə bir-birini sərt tənqid edən Rusiya və Türkiyə Azərbaycanla bağlı bəyanatlar verir, ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edir.
Məsələn, bu yaxınlarda Türkiyənin baş naziri
Əhməd Davudoğlu
Türkiyə Böyük Millət Məclisində
hökumət proqramını açıqlayarkən bildirib ki, Türkiyə
Azərbaycanın işğal edilmiş torpaqlarının
azad edilməsi üçün əlindən gələni edəcək.
“Dağlıq Qarabağ başda olmaqla Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün əlimizdən gələni edəcəyik”, – deyən Davudoğlu həmçinin qeyd edib ki, 64-cü hökumət proqramında Türkiyənin Azərbaycanla münasibətlərinin daha da yaxşılaşdırılması məsələsi də var.
Rusiya isə öz növbəsində Türkiyə ilə narazılıqdan sonra
Yaxın Şərqə
silah-sursat, texniki avadanlıq daşınmasında
quru yola ehtiyac olduğunu açıqlayıb.
Rusiya ilə
İranı
birləşdirə biləcək mümkün variantlar arasında da Azərbaycandan keçən iki dəhlizin adı çəkilib. Bunlardan biri
Dağıstan
və Azərbaycandan keçən avtomobil yolu, digəri isə Rusiya ilə İranı Azərbaycandan keçməklə birləşdirən dəmir yoludur.
Ümumiyyətlə, Rusiya ilə Türkiyə arasında bu gərginlik bütün Qafqaz regionu üçün əlverişsizdir. Bundan başqa, Rusiya dünyada, Yaxın və
Orta Şərqdə
stabilliyi pozan əsas amillərdən birinə çevrilməkdədir.
Rusiya özünün bu bölgədəki strateji üstünlüyünü təmin etmək üçün müxtəlif yollar axtarır. O yollardan biri də tranzit xətlərinin açılmasıdır. Lakin bu zaman tranzit ölkələrin də mövqeyi nəzərə alınmalıdır.
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli ANS PRESS-ə açıqlamasında bildirib ki, bu tranzit xətlərinin böyük hissəsi
Gürcüstan
və Azərbaycandan keçir. “Lakin Azərbaycanın bu məsələyə razı olub-olmaması Rusiyanın
Dağlıq Qarabağ münaqişəsinə
münasibətindən asılıdır”, – deyən Qabil Hüseynli istənilən halda Türkiyənin maraqlarının da əhəmiyyətini vurğulayıb. “Azərbaycanın hansı addımı atmasından asılı olmayaraq, Türkiyənin maraqları nəzərə alınmalıdır”, – deyə o əlavə edib.

Qabil Hüseynli – keçmiş dövlət müşaviri, politoloq
Bir sözlə, Azərbaycanın coğrafi mövqeyini və əhatə olunduğu ölkələri nəzərə alsaq, deyə bilərik ki, ölkə üçün hər zaman və istənilən çevrələrdən – cənubdan, şimaldan təhlükə var. Bununla belə Azərbaycan istər Rusiya, istər İran, istərsə də
Ermənistan
istisna olmaqla digər qonşu ölkələrlə normal münasibətlər yarada, əməkdaşlıq qura bilib.
Lakin bütün bunlara baxmayaraq, bilmək lazımdır ki, Rusiyanın siyasətini proqnozlaşdırmaq çox çətindir. Bundan başqa Azərbaycan Rusiyanın dünya ölkələri, o cümlədən Türkiyə ilə münasibətlərini nəzərə alaraq, hər iki ölkə ilə münasibətlərdə çox ehtiyatlı olmalıdır.