Planşet sağlam uşaq tərbiyə etməyə mane olur
42-ciparalel.az
Aparılan tədqiqatlar zamanı planşet istifadəsinin uşaq sağlamlığına mənfi təsir etdiyi məlum olub.
Xarici mətbuatın xəbərinə görə, Avstraliyanın Curtin Universiteti planşetin uşaq sağlamlığına təsirini araşdırıb. Aparılan araşdırmada məlum olub ki, uşaqların yarım saatdan çox planşetlə oynamaları mənfi nəticələrə gətirib çıxarır. Planşet qarşısında uzun müddət vaxt keçirən uşaqların sonrakı yaşlarda boyun və bel nahiyəsində problemlərin olma ehtimalının
çox yüksəkdir.
Araşdırmanı aparan mütəxəssis Stefani Kassidi uşaqların gələcək dövrlərdə bel və boyun nahiyəsində ciddi sağlamlıq problemi ilə qarşılaşmaması üçün valideynlərin planşetə ciddi qadağalar qoymasını tövsiyə edib.