Göyçayda avtomobil aşdı: yaralılar var
42-ciparalel.az
Avtomobil 2 metr dərinliyi olan çökək əraziyə aşıb
Qəza
Bakı-Şamaxı-Yevlax avtomobil
yolunun 215-ci kilometrliyində, Göyçayın
Qarabaqqal kəndi
ərazisində qeydə alınıb. Göyçayın
Qaraməryəm
kənd sakini 63 yaşlı İlyas Tağıyev VAZ 2106 markalı minik avtomobili hərəkətdə olarkən idaretməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Ağaca çırpılan VAZ 2106 2 metr dərinliyi olan çökək əraziyə aşıb.

Qəza törədən VAZ 2106
Hadisə zamanı sürücü İlyas Tağıyev və onun sərnişini
Qarayazı
kənd sakini 47 yaşlı Pərviz Xankişiyev ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Ehtimal olunur ki ,qəza sürücü qarşısına qəfil çıxan maneə səbəbindən baş verib. Sürücünün sürət həddini aşması da digər versiyalardan biridir.