“Borussiya” Dortmund “Ştutqart”ın qapısından 4 top keçirib
42-ciparalel.az
Futbol üzrə Almaniya çempionatının ( Bundesliqa)
14-cü turu çərçivəsində
Dortmundun
“Borussiya” klubu
öz meydanında
“Ştutqart”ı
qəbul edib. O
yunda qapılara ümumilikdə 5 qol vurulub.
Oyunda hesab matçın 3-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Qonsalo Kastro tərəfindən açılıb. 19-cu dəqiqədə isə Obameyanq hesab arasında ki fərqi ikiyə yüksəldib. “Ştutqart”ın cavabı isə 40-cı dəqiqədə Daniel Didavinin vurduğu qolla gəlib. 65-ci dəqiqədə isə Nidermayer avtoqola imza atıb. Oyunda son nöqtəni isə 90-cı dəqiqədə Obameyanq qoyub. O komandasının 4-cü, özünün isə 2-ci qolunu vurub. Beləliklə, “Borussiya” – “Ştutqart” matçı “arıların” 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra aktivinə 3 xal yazdıran “Borussiya” klubu 32 xalla Bundesliqanın turnir cədvəlində 2-ci pillədə yer alıb. “Arılar” lider
“Badanvariya”
8 xal geri qalırlar.

Bundesliqanın turnir cədvəli

