Search for:

Abu-Dabi Qran-prisinə yekun vurulub

Paylaş:

42-ciparalel.az

Noyabrın 29-da “Formula-1” yarışlarının sonuncu –


Abu-Dabi


Qran-prisinə yekun vurulub.


Mötəbər turnirin Abu-Dabidəki “Yas-Marina” avtodromunda keçirilən mərhələsində hər biri iki pilotla təmsil olunan 10 komanda mübarizə aparıb. Döngələrin sayı 21 olan trasda komandalar 55 dövrə ediblər.



Uzunluğu 5554 metr olan trasda keçirilən final mərhələsində “Mersedes”in pilotları Niko Rosberq və Luis


Hamilton


ilk iki pillədə qərarlaşıblar. “Ferrari”nin sürücüsü Kimi Raykkonen isə üçüncü olub.



Artıq Soçi Qran-prisində “Mersedes” konstruktorlar kubokunu, ABŞ mərhələsində isə britaniyalı pilot Luis Hamilton üçüncü dəfə dünya çempionluğunu, Braziliya mərhələsində isə Niko Rosberq (“Mersedes)” ikinci, Sebastian Vettel (“Ferrari”) isə üçüncü yeri təmin ediblər.



Builki çempionatın qalibi olan “Mersedes” komandasının britaniyalı pilotu Luis Hamilton 327 xalla qələbəsini bayram edib. Hazırda onun aktivində 381 xal var. O, 19 mərhələnin 10-da qalib gəlib. L.Hamilton


Avstraliya


, Çin,


Bəhreyn


, Kanada, Böyük Britaniya,


Belçika


, İtaliya,


Yaponiya


,


Rusiya


və ABŞ-da keçirilən yarışlarda qələbə qazanıb. “Ferrari”nin alman sürücüsü Sebastian Vettel


Malayziya


,


Macarıstan





Sinqapur


, “Mersedes”in digər pilotu


almaniya


lı Niko Rosberq isə İspaniya,


Monako


,


Avstriya


,


Meksika


, Braziliya və Abu-Dabidə zəfər əldə ediblər.



“Formula-1” yarışları il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.



1950-ci ildə keçirilən ilk yarışda “Alfa Romeo” komandası və onun italiyalı pilotu Cüzeppe Farina qələbə qazanıb. Sonuncu mövsümdə (2014-cü il) çempion “Mersedes” komandası ilə britaniyalı pilot Luis Hamilton olub. Ən çox çempion adını “Ferrari” komandasının əfsanəvi alman pilotu Mixael Şumaxer qazanıb. O, 7 dəfə bu titulun sahibi olub.



“Formula-1” yarışlarının


Bakı


Qran-prisi gələn il iyunun 19-da keçiriləcək.



Paylaş: