Ərdoğan: “İki ölkə bir – biri üçün əhəmiyyətlidir”
42-ciparalel.az
“Türkiyə Rusiya ilə arasında baş verən hadisələrə görə məyus olub”.
”
Türkiyə
Rusiya
ilə arasında baş verən hadisələrə görə məyus olub. İki ölkə bir – biri üçün əhəmiyyətlidir”.
Bu sözləri Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan
Balıkesir
şəhərində təşkil edilən mitinqdə deyib. Ərdoğan bildirib ki, oxşar hadisənin bir daha təkrarlanmayacağına ümid edirik.
“Bu hadisə bizi çox məyus etdi. Rusiya ilə açıq qalan suallara bazar ertəsi
Parisdə
beynəlxalq iqlim sammitində cavab tapmaq olar. Ölkələr arasında soyuq münasibətdən heç bir tərəf sevinmir”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin
Rusiya mətbuatı yazır ki, Ərdoğan iqlim sammitini Putinlə münasibətlərin düzəlməsi üçün ümid yeri hesab edir. Amma Ərdoğanın ümidləri özünü doğrultmaya bilər. Çünki beynəlxalq sammitdə Rusiya və Türkiyə prezidetləri ayrı-ayrı salonlarda olacaqlar.
Məlumata görə, dövlət başçıları birlikdə şəkil çəkdirdikdən sonra Ərdoğan və Putin 2 ayrı salona yerləşdiriləcəklər.
Vladimir Putin və ABŞ prezidenti Barak Obama eyni salonda olacaqlar. Liderlərin toplantısı
Fransa
prezidenti
Fransua Olland
və
Birləşmiş Millətlər Təşkilatının
rəhbəri
Pan Gi Munun
çıxışları ilə başlayacaq. Sammitdə 147 ölkənin lideri iştirak edəcək.
Liderlər birlikdə günorta yeməyi yeyəcəklər. Burada da Ərdoğan və Putinin yanaşı olması nəzərdə tutulmayıb.
Ölkələr arasında bu gərginliyə səbəb isə bir neçə gün əvvəl Türkiyə qırıcılarının
Suriya
ilə sərhəddə Rusiyaya məxsus həbi təyyarəni vurması olub. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhədi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir.
Vurulan “Su-24” də iki pilot olub. Pilotlardan biri paraşütlə yerə enərkən türkmənlər tərəfindən vurulub. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib.
Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatlar səsləndiriblər. Rusiya lideri
Vladimir Putin
bunu Rusiyaya arxdan vurulan zərbə adlandırıb.
Hadisədən sonra Rusiya və Türkiyə arasında iqtisadi və siyasi əlaqələrdə soyuqluq yaranıb.
ABŞ
və
NATO
Türkiyənin öz suverenliyini müdafiə hüququnu dəstəkləyib.