Search for:

Dünyanın ən dəyərli klubları (SİYAHI)

Paylaş:

42-ciparalel.az

“Brand Finance” bu klubların siyahısını açıqladı.


Beynəlxalq marka dəyərləndirmə şirkəti olan “Brand Finance” dünyanın ən dəyərli klublarının adını açıqlayıb.



Şirkət 2015-ci il üçün səhmlərinin qiyməti ən yüksək olan komandaların sıralamasında


“Mançester Yunayted”i


zirvədə göstərib.


Ötən illə müqayisədə iki pillə irəliləyən “qırmızı şeytanlar”ın bazar qiyməti 1 milyard 206 milyon dollardır. Siyahıda ikinci yeri “Bavariya” üçüncü yeri isə “Real” klubu tutur.


Ən bahalı klublar İngiltərə Premyer Liqa təmsilçiləridir. İlk “10-luq”da 6 ingilis klubu yer alır. “Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən “Tottenhem” dünyanın ən dəyərli 10-cu komandasıdı. London klubunun səhmlərinin qiyməti 360 milyon dollardı. Ağdam klubunun digər rəqiblərindən “Monako” (202 milyon) 17-ci, “Anderlext” isə 65 milyon 750 min avro ilə 77-ci yerdə qərarlaşıb.



“Real” klubu


Avropa Liqasının qrup mərhələsində iştirak edən digər təmsilçimiz “Qəbələ”nin isə iki rəqibi “100-lüy”ə düşüb. 12-ci olan Dortmund “Borussiya”sının səhmlərinin dəyəri 326 milyon dollardı. “Krasnodar” isə 60 milyon 150 min dollarla 85-ci sırada göstərilir.



“Qalatasaray” klubu


Türkiyədə ən yüksək pilləni “Qalatasaray” tutur. 19-cu olan komandanın marka dəyəri 177 milyondu. “Yüzlüy”ə düşən digər türk klublarından “Fənərbağça” (120 milyon) 35-ci, “Beşiktaş” (103 milyon 350 min) 46-cı, “Trabzonspor” (67 milyon 350 min) 73-cü, “Bursaspor” isə (57 milyon 525 min) 87-ci pillədə qərarlaşıb.


2015-ci ilin ən dəyərli 20 klubu:


“Mançester Yunayted”: 1 milyard 206 milyon dollar



“Bavariya”: 933 milyon



“Real”: 873 milyon



“Mançester Siti”: 800 milyon



“Çelsi”: 795 milyon



“Barselona”: 773 milyon



“Arsenal”: 703 milyon



“Liverpul”: 577 milyon



PSJ: 541 milyon



“Tottenhem”: 360 milyon



“Yuventus”: 350 milyon



“Borussiya” (Dortmund): 326 milyon



“Şalke”: 302 milyon



“Milan”: 244 milyon



“Everton”: 228 milyon



“Vest Hem”: 209 milyon



“Monako”: 202 milyon



“Sauthempton”: 183 milyon



“Qalatasaray”: 177 milyon



“İnter”: 160 milyon


Paylaş: