Təcrübəli baş məşqçi ilə “aslan”lar 1,5 illik müqavilə imzalayıb
42-ciparalel.az
Təcrübəli baş məşqçi ilə “aslan”lar 1,5 illik müqavilə imzalayıb. “Xəzər Lənkəran”nın keçmiş baş məşqçisi 2015/16 mövsümünün qalan hissəsində və 2016/17 mövsümünün sonuna qədər ümumilikdə 4,5 milyon dollar maaş alacaq.
“Qalatasaray” cari mövsümdə çempion olacağı tədqirdə Dənizliyə 500, 2016/17 mövsümündə çempion olacağı halda 400 min dollar mükafat veriləcək.

“Qalatasaray” klubu
Komanda Çempionlar Liqasında və Avropa Liqasında 1/4 finala, həmçinin ondan üstdəki turlara çıхacağı halda baş məşqçiyə əlavə 250 min avro ödəniləcək. Bir müddət əvvəl İstanbul təmsilçisi Hamza Hamzaoğlu ilə yollarını ayırıb.
Ötən ilin dekabrında “Qalatasaray”ın başına keçmiş 45 yaşlı Hamzaoğlu başa çatan mövsümdə “Qalatasaray”ya Türkiyə superliqasını, ölkə kubokunu və superkuboku qazandırıb.