Search for:

Rusiya səfirliyi atəşə tutulub

Paylaş:

42-ciparalel.az

Hücum zamanı səfirliyin ətrafına xeyli insan toplaşmışdı.


Rusiyanın




Suriyadakı


səfirliyi minomyotlardan atəşə tutulub. B


unu Rusiyanın xarici işlər naziri


Sergey Lavrov


deyib.


O, Suriyalı həmkarı – ölkənin xarici işlər naziri


Valid Muallem


ilə görüşündə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.


“Rusiyanın Suriyadakı nümayəndəliklərinin təhlükəsizliyinin gücləndirilməsinə olan ehtiyac getdikcə artır. Bu günlərdə Rusiyanın


Dəməşqdəki


səfirliyi yenidən minomyotlardan atəşə tutulmuşdu”, – deyə o bildirib.


Rusiyanın Suriyadakı səfirliyi hələ noyabrın 23-də minomyotdan atəşə tutulsa da, Sergey Lavrov bu haqda yalnız bu gün – noyabrın 27-də danışıb.


Bundan əvvəl Rusiya səfirliyi oktyabr ayında silahlı atəşə məruz qalıb. Birinci raket diplomatik nümayəndəliyin binasına tuş gəlib.


Hücum zamanı Rusiyanın Suriyadakı əməliyyatlarını dəstəkləmək üçün səfirliyin ətrafına xeyli insan toplaşmışdı.



Valid Muallem (solda) və Sergey Lavrov (sağda)


Rusiyanın diplomatik missiyasının birinci katibi Eldar Qurbanov bildirib ki, saat 10:15-də səfirliyə 2 mina düşüb. O, həlak olan və ya xəsarət alanların olmadığını bildirib.


Rusiya sentyabrın 30-dan etibarən Suriyada hərbi əməliyyatlar keçirir. Kremlin rəsmi məlumatına görə, Rusiya


İŞİD-in


Suriyadakı mövqelərini atəşə tutublar.


Lakin Qərb bununla razılaşmayaraq bildirir ki, Rusiya Suriya prezidenti


Bəşər Əsədə


qarşı çıxan ölkə müxalifətinə zərbələr endirir.


Paylaş: