Search for:

Qazanxanalara qazın verilişi bərpa olunur

Paylaş:

42-ciparalel.az

Dövlət Neft Şirkətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Hökumətinin müvafiq göstərişinə əsasən SOCAR-ın


“Azəriqaz”


İstehsalat Birliyi və


“Azəristiliktəchizat”


ASC arasında yaranmış


borc məsələsi


həllini tapıb.





Qazanxanalara bu gündən qaz veriləcək



Mənzillərin istiliklə təminatı noyabr ayının 15-dən başlamalı idi. Lakin “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İB-nə borcu oduğu üçün qazanxanalarına qazın verilməsində məhdudiyyətlər var idi.




Noyabrın 23-də istiliyin yaxın zamanda təmin ediləcəyi ilə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev və “Azəristiliktəchizat” ASC-nin şöbə müdiri Rafiq Əliyevin versələr də, bu baş verməmişdi.




Hər iki idarənin rəsmisi qurumlar arasında razılığa gəldiyini və yaxın 2-3 gün ərzində evlərin, müəssisələrin istilik probleminin həll olunacağına söz vermişdilər.




Hazırda ölkə üzrə 535 qazanxanadan 291-i işləyir. Bakıda 340 qazanxanadan 126-sı, regionlarda 195 qazanxanadan 165-i işlək vəziyyətdədir. Amma nəzərə alaq ki, söhbət orta və kiçik həcmli qazanxanalardan gedir. Bakıda 3140 binadan isə cəmi 632-nə istilik verilir.

Paylaş: