Search for:

İki “VAZ- 2107” markalı avtomobil toqquşub

Paylaş:

42-ciparalel.az

Goranboyda


dəhşətli yol qəzası baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb.



Goranboy Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, sürücüləri hələlik istintaqla müəyyən edilməyən iki “VAZ- 2107” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, daha 4 nəfər isə ağır xəsarətlər ilə xəstəxanaya çatdırılıb.




Hadisə nəticəsində ölənlər bunlardır:




Ələsgər Qurban oğlu Ələsgərov- 1962-ci il təvəllüdlü, Veyisli kəndi



Saday Bəxtiyar oğlu İsmayılov- Qaraçinar kəndi



Yaşar Əmiraslan oğlu Rzayev- Qaraçinar kəndi




Dünyasını dəyişən sonuncu şəxsin kimliyi hələlik məlum deyil.




Qəza nəticəsində nəticəsində xəsarət alanlar isə rayon sakinləri Elman Həsənov, Nəriman Rzayev, Xəqani Rzayev və Bəxtiyar Əhmədovdur.



Qəzada dünyasını dəyişən Ələsgər Ələsgərov Veyisli kəndi orta məktəbinin direktorudur.




Faktla bağlı Goranboy Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş: