Search for:

Adım fəal deputatlar arasında olub

Paylaş:

42-ciparalel.az


Müsahibimiz:


Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili? Iqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli
Məsimlidir




-Əli müəllim, sizcə cəmiyyət üçün Azərbaycanda
aparılan islahatların hansı sahəsi daha vacibdir?

Azərbaycan sovet sistemindən və mərkəzləşmiş komanda
iqtisadiyyatından bazar münasibətlərinə keçməkdən ötrü, mülkiyyət
münasibətlərinin dəyişdirilməsi,bazar münasibətlərinin tələblərinə cavab verən
maliyyə,kredit,vergi,pul sisteminin
yaradılması və sair istiqamətlərdə, eləcə də aqrar sahədə əsaslı islahatlar
həyata keçirdi.Bununla paralel olaraq sosial proseslərin tənzimlənməsi,təhsil
islahatları, cəmiyyət həyatının digər sahələrində də islahatlar getdi.Azərbaycan
dünyanın tanınmış transmilli şirkətləri ilə bağladığı neft müqavilləri həmin
islahatların maliyyə təminatının gücləndirilməsi baxımından mühüm rol
oynadı.Neft müqavilələri Xəzər dənizinin karbohidrogen resurlarını dünyaya açdı
və geopolitik anlamda Azərbaycanın önəmini artırdı. Bu müqavilərin reallaşması
ilə Azərbaycan qlobal energetika arenasında zəruri oyunçuya çevrildi və XXI
əsrin energetika siyasətinə önəmli korrektələr verə bildi.Neft müqavillərinin
reallaşması sayəsində Azərbaycanın iqtisadi potensialı həm lokal, həm regional,
həm də qlobal miqyasda real nəticələr
verməyə başladı,ölkəmizin regionda güclü mövqeyə çıxmasına təkan verdi.
Dünyanın aparıcı şirkətləri Azərbaycana gəldi.İri kapitalın Azərbaycana gəlişi
orta kapitalın da gəlişinə yol açdı. Neft müqavilləri müstəqilliyimizə real məzmun verilməsində
özünəməxsus rol oynadı.Neft müqavilələrinin reallaşması Azərbaycanın
transformasiya böhranından çıxmasını asanlaşdırdı,dünyanın sürətli inkişaf edən
ölkələri arasında öndə gedənlərdən
birinə çevrilməsində mühüm rol oynadı. Azrbaycan Dövlət Neft Fondunun
yarandığı 15 il ərzində həmin Fonda 120 milyard dollara
qədər maliyyə resursu gəlb edə bildik.Azərbaycana yüz milyard dollarla ölçülən sərmayələrin
axınında neft müqavilələri mühm rol oynadaı.İri kapitalın Azərbaycana
gəlişi,orta kapitalın da gəlişində yol açdı.Azərbaycan iqtisadiyyatına yüz
milyard dollarla ölçülən, təkcə son 10 ildə isə 160 milyard dolardan artıq
sərmayə qoyuldu.Ölkədə kifayət qədər
valyuta ehtiyatları topmanımması mühüm həyati əhəmiyyət kəsb edən
çoxsaylı sosial və infrastruktur layihələrinin həyata geçirilməsində mühüm rol
oynadı. Güclü iqtisadi potensiala malık olmasına baxmayaraq, təkcə digər
müttüfiq respumlikalarla mal mübadiləsində 2 milyard dollardan artıq(o vaxt 2
milyard dollar indikindən qat-qat böyük məbləğ idi) pul itirən Azərbaycan, əgər
sovet dönəmində sosial göstəricilərinə görə SSRİ-yə daxil olan 15 respublika
arasında 12-14-cü yerlərdə qərarlaşmışdısa,yəni axırdan 2-4-cü yeri tuturdusa,
bu islahatların nəticəsi kimi, indi Baltikyanı ölkələri də nəzərə almaqla keçmş
SSRİ-yə daxil olan yeni müstəqil dövlətlər arasında 6-cı, MDB məkanında isə Rusiya və
Qazaxıstandan sonra 3-cü yeri(bəzi illərdə Belarus bir qədər önə çıxıra bilir) tutur. Bu cür
mütərəqqi dəyişikliklərdə islahatlarla, digər
vacib amillərlə yanası, neft müqavilələrinin də reallaşmasının sosial
effiktinin mühüm rolu olmuşdur.

Azərbaycan adambaşına ÜDM istehsalına
görə185 ölkə arasında73-cü yeri tutur. 1995-ci
ildən 2010-cu ilə kimi Azərbaycanın İnsan inkişafı İndeksi 27% artaraq
0.563-dən 0.713 qədər yüksəlmişdir. BMTİP-in 2010-cu il üçün qlobal İnsan
İnkişafı Hesabatına əsasən 169 ölkə arasında 100-cü yerdən 67-ci yerə yüksələn Azərbaycan
indiyə qədər aid edildiyi “orta insan inkişafı” ölkələri kateqoriyasını
tərk edərək “yüksək insan inkişafı” kateqoriyasına daxil edilmişdir.
Ölkəmiz 2000-2010-cu illər üzrə İnsan İnkişafı İndeksinin orta illik artım
tempinin 1.77 olması ilə və sonrakı illərdə də mütərəqqqi meylləri saxlamaqla keçmiş Sovet İttifaqı məkanında qabaqcıl bir
ölkəyə çevrilmişdir.

Bununla
belə fikrimizcə, əldə edilmiş sosial təticələr, eləcə də adambaşına ÜDM və
insan inkişafı göstəriciləri Azərbaycanın potensial imkanlarından çox aşağı bir
göstəricidir.Ona görə də biz innovasiyalı inkişaf modelinə keçməli və həmin modelin reallaşdırlmasndan
ötrü,cəmiyyəthəyatını bütün sahələrinə
islahatları dərinləşdirməliyik. Bir vaxtlar Yaponiyanın baş nazirindən
soruşanda ki, heç bir resursu olmayan Yaponiya nevə olub ki, inkişafın belə
yüksək səviyyəsinə çatıb, Baş nazair bildirmişdi ki, digər şərtlərlə yanaşı,
biz hər şeydən əvvəl təhsilin keyfiyyətini artırdıq, müəllimə nazir kimi maaş
verdik, lazımı şərait yaratdıq…..Biz də iqtisadi islahatları dərinləşdirmklə
yanaşı həm də elm,təhsil,səhiyyə, mədəniyyət sahəsində radikal islahatlar həyata keçirməli və
həmin sahələri dünyanın nümunə ola biləcək standartları səviyyəsinə
qaldırmalıyıq.


-Milli Məclisin üzvü kimi daha çox nəyə diqqət
yetirirsiniz, qanunvericilik prosesinə, yoxsa seçicilərlə işə?

Milli
Məclisin deputatı kimi, həm qanunvericilik sahəsində bacardığımızı edirik, həm
də seçicilərlə işləyirik. Qanunvericilik təşəbbüsü sahəsində xeyli iş görə
bilmişik. Biz deputat həmkarım Vahid Əhmədovla birlikdə Vergi Məcəlləsinə
çoxsaylı təkliflər hazırlayıb,təqdim etmişik.Sovet dövründən qalma əmanətlərin
qaytarılmsına dair(həmin əmanətlər arıq xüsusi prüzident fərmanı əsasında
qaytarıldı), Təhsil kreditləri haqqında qaunun layihəsi, Reklam haqqında qanun
layihəsi hazırlayıb Milli Məclisə təqdim
etmişik.İpoteka kreditlərinə dair, xalq evləri barədə təkliflərimizi
vermişik.”Təhsil qanunu”a əlavə dəyişikliklər üzərində işləyirik.

Seçicilərlə iş zamanı həm seçiciləri deputatı olduğum Şəkidə, eləcə
də Bakıda qəbul etmək, həm onların
yazılı müraciətləri əsasında aidiyyatı orqanlara yazılı və şifahi müraciət
edirik. Son illər həm də internet üzərundən seçicilərin müraciətlərinə operativ
cavab vermək üsullarından istifadə edirik.Bununla yaşaşı köməkçim ayda 2-3 dəfə
Şəki ofisimizə olan müraciətləri gətirir və onların əsasında da aidiyyatı
orqanlara çıxırıq.


– Sizin üçün Milli Məclisdə qanunvericilik prosesində
komitələrdə işləmək maraqlıdır, yoxsa plenar iclaslarda iştirak etmək?

Milli
Məclisə daxil olan qanunvericilik sənədləri əvvəlcə aidiyyatı orqanların
iştirakı ilə bir komitədə və ya qanun layıhəsinin mahiyyətindən asılı olaraq birləşmiş
iclaslarda iki və daha çox komitədə baxılır. Qanun layıhəsi komitədə
baxıldıqdan sonra müvafiq düzəlişlərlə plenar iclasa çıxarırılırsa, artıq həmin
komitənin üzvlərinin vaxta qənaət etmək məqsədilə plenar iclasda çıxış eləməsinə
ehtiyac qalmır.Bəzən elə olur ki,qanun layihəsini təqdim edən tərəf hansısa
obyektiv və subyektiv səbəblər üzündən plenar iclasa qədər komitədə deyilən iradları
düzəltmir və ya kosmetik əl gəzdirməklə kifayətlənir.Belə hallarda plenar
iclasda həmin layihəni sərt tənqid edirik ki, çatıçmazlıqları düzəltsinlər. Bu
baxımdan komitədə işləməyin oz maraqlı tərəfi, plenar iclasdakı çıxışların isə
öz yeri var.


-Vətəndaşlarla işdə ən vacib məsələ nədir?


Vətəndaşlarla işdə ən vacib məsələ onun probleminin
həlli zamanı vətəndaşla dövlət-hakimiyyət orqanı arasında uğurlu əlaqələndirici
rolunu oynamağı bacarmaqdı….

Vətəndaşlara
işdə iki vacib məqamdaha önəmlidir: Birincisi, vətandaşın müraciəti
qanunvericiliyə nə dərəcədə uyğundur?. Müraciət qanun vericiliyə uyğun olanda,
onu həll etmək olur. Amma vətəndaş özünü haqlı saysa da, qanunda başqa şey
yazılıbsa,çox çətin vəziyyət yaranır.Bundan əlavə mənə müraciət edənlərin 80
faizindən çoxu Şəkidən olan öz seçicim yox, Bakıdan və Azərbaycanın müxtəlif regonlarından olan
insanlardır.Bu isə əlavə problemlərin həllini tələb edən vəziyyət yaradır.


-Seçicilərinizin problemlərini həm də
qəbul etdiyiniz qanunlarla həll edirsiniz. Necə hesab edirsiniz, Milli Məclisdə
qanun layihələrinin müzakirəsi zamanı ictimai dinləmələrin keçirilməsi lazımdırmı?

Əlbəttə lazımdır,amma bu formal xarakter
daşımamalıdır….Milli Məclisə daxil olan qanun layihələri komitələrdə müzakirə
olunanda, həmin sahə üzrə mütəxəssislər dəvət olunur.Bundan əlavə qanun
layihəsi plenar iclasda birinci oxunuşdan keçəndən sonra. Milli Məclisin saytında yerləşdirilir və ictimai müzakirəsi
təşkil olunur. Bir də beynəlxalq ekspertlərlə bircə işlənib hazirlanan qanun
layıhəlri, həm Azərbaycanda həm də müvafiq təşkilatların mütəxəssislərinin
iştirakı ilə geniş müzakirədən keçirilir.Bununla yanaşı iri miqyaslı diqqət tələb edən qanun layihələrinin həm
dəyirmi masalarda,həm də kütləvi informasiya vasitələrində geniş şəkildə
ictimai müzakirələrini keçirmək və bu zaman ölkəmizin tanınmış mütəxsisilərin
və QHT-ləri də bu işə cəlb etmək işin xeyrinə olar.Məsələn, biz sovet dövründən
qalan əmanətlərin qaytarılasına dair, eləcə də təhsil kreditləri haqda qanun
layıhələrihazırladıq və onların ictimai müzakirələrini təşkil etdikdən sonra
Milli Məclisə təqdim etdik. Yeri gəlmişkən Azərbaycanda ilk dəfə Bak-Şəki
arasında məsafədən ictimai müzakirəni Təhsil kreditləri ilə bağlı biz təşkil
edə bilmişik.


-Sizcə, qanun layihələrinin müzakirələri harada
keçirilməlidir-komitələrdə, yoxsa plenar iclasda?


Müvafiq qanunvericiliyə uyğun surətdə qanun
layihələrinin müzakirələri həmin müzakirənin bir-birini tamamlayan iki
mərhələsi kimi, həm komitələrdə, həm də plenar iclaclarda keçirilir. Komitlərdə
qanun layıhəsinə ümumu baxış olur və əsasən bir vacib suala cavab verilir: komitəyə
təqdim olunmuş qanun layıhəsi plenar iclasa təqdim olunmaq səviyyəsindədirmi?Əgər
bu suala müsbət cavab verilirsə, layihə plenar iclasa təqdim olunur. Əks halda
üzərində işlənildikdən sonra plenar iclasa çıxarılır.Plenar iclasda isə birinci
oxunuşda qanun layıhəsi konseptual baxımdan müzəkirə olunur və ikinci oxunuşa
çıxarlması məqbul hesab edilib-edilməməsi ilə bağlı səsə qoyulur. İkinki
oxunuşda isə layihə artıq bənd-bənd detal xarakterli məqamları əks etdirmklə
müzakirə olunur.Əgər ikinci oxunuşda deputatlar tərəfindən deyilənlər nəzərə
alınıbsa, onda qanun layıhsi 3-cü oxunuşa çıxarılır və qəbul olnur.


1.


Deputat olaraq tədqiqat mərkəzləri və QHT-lər
tərəfindən verilmiş təkliflər əsasında qanun layihələrinin hazırlanmasını
səmərəli hesab edirsinizmi? Bu məqamda ictimai təklifləri necə
dəyərləndirirsiniz?


Mən qanun layıhələrinin müzakirəsi zamanı həm rəhbərlik
etdiyim İqtisadi və Sosial İnnovasiyalar
İnstitutunun əməkdaşlarının təkliflərindən, həm mənə təklif göndərən
mütəzxəssislərin xidmətindən, həm də QHT-lrin təkliflərindən faydalanıram. Mən
QHT-lərin tədbirlrində iştirak edəndə, müraciət edirəm ki, əgər hər hansı bir
qanuna əlavə və təklifli varsa versinlər, üzərində işləyib, təqdim edək.Məsələn,
işçinin işdən çıxarılması zamanı həmkarlar təşkilatının rəyi ilə bağlı
məsələnin qanunvericiliyə salınması məsələsində mən müvafiq QHT-lər tərəfindən bizə
təqdim olunmuş layihədən istifadə etmişəm. Bizim mütaxəssislərlə birgə həmin
layihənin üzərində işləyib, plenar iclasa çıxarmaq səviyyəsinə çatdırdıqdan
sonra biz bu məsələni plenar iclasa
qaldırdıq.


2.



Əli müəllim,





çıxışlarınızın
birində “Maliyyə Nazirliyinin əsasnaməsi yenidən işlənilməli və qurumun səlahiyyətləri
artırılmalıdır” demisiniz. Bu təklif nə zaman reallaşa bilər?

Biz bu təklifi
təsadüfən verməmişik.Azərbaycanda neft hasilatının pik mərhəlsi arxada qalıb.
Artıq biz 2008-ci illərdə olduğu kimi büdcə gəlirlərini fantastik sürətlə- 77
faiz xərclərini 79 faiz artıara bilmərik. Əvəzində büdcə vəsaitindən öz təyinatına
görə istifadənin səmərəliliyinin artırılması ilə bağlı işlərdə ciddi dönüş yarartalmlıyıq.
Bundan ötrü biz təklif etdik ki, Dövlət Maliyyə Nəzərati haqqında qanın layihəsi
hazırlansın, qəbul edilsin və həmin qanunu tələblrinə uyğun surətdə Maliiyyə
Nazitliyinin də əsasnaməsində onun nəzarət funksiyalarının gercəkdən
artırılasına imkan verən dəyişikliklər edilsin.Bundan ötrü dövlət maliyyə nəzərəti
haqda qanun layıhəsi hazırlanıb qəbul edilməli və bundan sonra müvafiq
prezident fərmanı olmalıdır.


3.


Milli Məclisin
aktiv deputatları sırasında Mehriban Əliyevanın, Fərəc Quliyevin, Fəzail
Ağamalının, Qənirə Paşayevanın, Fazil Mustafanın adları çəkilir. Siz necə…

Mənim deputat olduğum müddətdə keçirilən
müxtəlif yönlü sorğuların xeyli hissəsində
adım fəal deputatlar sırasında olub. Düzü, əvvəllər buna müəyyən dərəcədə
əhəmiyyət verirdim. Sonra saytlardan
birindəki açıq-aşkar saxtakarlıqla üzləşəndən və bəzən iclaslarda bir-iki dəfə
çıxış edən deputatın da adını həmin
siyahılarda gördükdən sonra marağım
söndü….Məncə əsas meyar sübyektivlikdən xilas ola bilməyən, bəzən də
nəticəsinə əl qatılan elə sorğular yox, ictimai rəydir.İctimai rəydə
isə deputat olub-olmamağımdan asılı olmayaraq şükür Allaha ki, problemim
yoxdur.




“42-ci Paralel” Jurnalının


Baş
redaktoru:
M.Məmmədzadə

(+99455) 345 56 66;

Paylaş: