Search for:

Sabah “böyük oyun” olacaq

Paylaş:

42-ciparalel.az

Turun ilk oyunu başa çatdı.


Azərbaycan


Premyer Liqasında XIII turun oyunlarında idarəçilik edəcək hakimlər açıqlanıb.

Sabah Lənkəranda keçiriləcək turun mərkəzi qarşılaşması “Xəzər Lənkəran” – “Neftçi” oyunu Əliyar Ağayevə tapşırılıb.



“Qarabağ” – “Kəpəz” oyununda Orхan Məmmədov, “Sumqayıt” – “Qəbələ” görüşündə Elvin Əsgərov fit çalacaq. “Rəvan” – “Zirə” oyununda ədaləti Ramil Diniyev qoruyacaq. “İnter” – AZAL oyununa isə Rəvan Həmzəzadə təyinat alıb.



Keçən il keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyunundan gərgin anlar


Turun ilk oyununda “Qəbələ” “Sumqayıt”ın qonağı olub. Hesabı 29-cu dəqiqədə Ugur Pamuk açıb. “Qəbələ” 39-cu dəqiqədə bərabərliyi təmin edib. “Qırmızı-qaralar” Cəmil Hacıyevin avtoqoluna sevinib. 69-cu dəqiqədə sumqayıtlılar Agabala Ramazanovun qolu ilə yenidən hesabda önə keçib. İki dəqiqə sonra isə Samir Zərgərov son nöqtəni qoyub. Bununla da “Qəbələ”nin Premyer Liqadakı qələbəsiz oyunlar seriyası 5-ə çatıb (4 heç-heçə, 1 məğlubiyyət).


21 noyabr



Sumqayıt – Qəbələ 2:2



Qollar: Uğur Pamuk, 29. Ağabala Ramazanov, 69 – Cəmil Hacıyev, 39 (avtoqol). Samir Zərgərov, 71.


22 noyabr



Xəzər Lənkəran – Neftçi



Hakimlər: Əliyar Ağayev, Knyaz Əmiraslanov, Rza Məmmədov, Nail Nağıyev.



Xəzər Lənkəran mərkəzi stadionu. Saat 18.00.



Rəvan – Zirə



Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, İsgəndər Əliyev, İnqilab Məmmədov.



“Bayıl Arena”. Saat 20.00.



23 noyabr



İnter – AZAL


Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Coşqun Həsənov, Munis Abdullayev.



Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Fariz Yusifov.



“İnter Arena”. Saat 17.00.


Paylaş: