Search for:
  • Ana səhifə/
  • Siyasət/
  • ABŞ Qarabağı işğal edənlərə humanitar yardım göstərməyə davam edəcək

ABŞ Qarabağı işğal edənlərə humanitar yardım göstərməyə davam edəcək

Paylaş:

42-ciparalel.az




ABŞ




Qarabağa


humanitar köməyi göstərməyə davam edəcək”.


Bu sözləri Ermənistanda səfərdə olan ABŞ-ın nümayəndə heyətinin üzvləri deyib.




Ermənistanda saytları nümayəndə heyətinə başçılıq edən ABŞ-ın dövlət katibinin köməkçisi Bridget Brinkin bəyanatlarını şərh ediblər. Şərhlərdə bildirilir ki, ABŞ Ermənistanı əldən buraxmaq niyyətində deyil.




Nümayəndə heyətinin üzvləri ABŞ-ın


Ermənistanı


xarici təsirdən qoruyacağını bildiriblər. ABŞ Ermənsitana korrupsiya ilə mübarizədə və demokratik institutların fəaliyyətinin artırılması məqsəsi ilə maliyyə yardımları ayıracaq. Mətbuat yazır ki, ABŞ Ermənistana siyasi dəstək kimi “Azadlığa Dəstək” Aktını (907-ci düzəliş) ləğv etməyəcək.




Bridjit Brink – ABŞ-ın dövlət katibinin köməkçisi


Bu akta görə, ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımı qadağan edilir.


“Azadlığa Dəstək” Aktı


1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən qəbul edilib. Keçmiş senator, ABŞ-ın hazırkı dövlət katibi


Con Kerrinin


və erməni lobbi təşkilatlarının dəstəyi ilə Konqressmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürülmüşdür.




ABŞ höküməti Ermənistana 907-ci düzəlişlə siyasi yardım, Avropa Birliyi isə maliyyə və digər istiqamətlərdə köməkliklər göstərir. Avropa Birliyinin Ermənistan nümayəndəliyini rəhəbəri Pyotr Svitalski isə bildirib ki, Ermənistanla qarşıdakı əməkdaşlığın istiqamətləri barədə danışıqlar tez bir zamanda başlayacaq.




Svitalskinin sözlərində görə,


Avropa Birliyi


Ermənistana terrorçuluqla mübarizədə yardım gösətərəcək.




Avropa və ABŞ-la isti münasibətlər quran Ermənistan


Rusiya


ilə də əməkdaşlığını inkişaf etdirir. Bir nəçə gün əvvəl


Vladimir Putin


Rusiya və Ermənistan vahid Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması barədə sərəncam imzalayıb.




Bu ayın sonunda isə Rusiyanın baş naziri


Dmitri Medvedev


Ermənistana səfər edəcək. Səfər çərçivəsində Hava Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsi barəsində razılaşmanın imzalanacağı gözlənilir.




Baş verən proseslərə nəzər saldıqda dünyanın bir qütbündə ABŞ və Avropa Birliyi, digər qütbündə isə Rusiya dayanır. Amma bu əks qütblər Ermənistan mövzusu gələndə birləşirlər. Biri təhlükəsizlik, digəri isə demokratiya adı altında Ermənistana, həmçinin separatçı Qarabağ rejiminə yardımlar edirlər.




Amma Ermənistanın demək olar ki, heç bir təbii sərvəti yoxdur ki, həmin dövlətlər bu yardımların əvəzində nəsə qazanc əldə etsinlər. Ermənistan hökümətinin qeyri-müəyyən siyasəti isə hazırda hər iki qütbü özünə cəlb edə bilir.

Paylaş: