Search for:

Əgər təmir zamanı abidə aşkar edilərsə, həmin işlər dərhal dayandırılmalıdır

Paylaş:

42-ciparalel.az

Prezident İlham Əliyev


“İçərişəhər”


Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.


Dövlət başçısı “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” fərmanının tətbiqi ilə əlaqədar bu qərarı verib.


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu


haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilib:


Hüquqi və fiziki şəxslər bərpa, təmir və təsərrüfat işləri (tikinti işləri istisna olmaqla abadlaşdırma, işıqlandırma, təmizlik, yaşıllaşdırma) görərkən abidə aşkar edilərsə, həmin işlər dərhal dayandırılmalı, bu barədə Azərbaycan


Milli Elmlər Akademiyasına


və İdarəyə məlumat verilməlidir. Bu zaman bərpa və təmir işlərinin davam etdirilməsi barədə qərar, Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyləri nəzərə alınmaqla, İdarənin razılığı ilə


Fövqəladə Hallar Nazirliyinin


Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilir və görülən işlər İdarənin nəzarəti ilə davam etdirilir. Görülməsi nəzərdə tutulmuş təsərrüfat işləri isə, mütəxəssislərin rəyi nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyasının razılığı, İdarənin icazəsi və nəzarəti ilə davam etdirilə bilər.



Azərbaycan Respublikasının


Nazirlər Kabineti


prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.


Mərkəzi icra hakimiyyəti orqanlarınına isə normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində prezidentinə məlumat versmək tapşırılıb.


Ədliyyə Nazirliyi də öz növbəsində mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versməlidir.


Paylaş: