“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib
42-ciparalel.az
“Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklər məxsusluğu qeyri-dəqiq olan bəzi texniki nəqliyyat vasitələrinin aid olduğu ünvanı dəqiqləşdirmək məqsədi daşıyır.
Ərşad Hüseynov
bildirdi ki, Azərbaycanda nəqliyyat vasitələrini 3 qurum-
Baş Dövlət Yol Polisi İdarəsi
,
Kənd Təsərrüfatı Nazirliyi
və
Fövqəladə Hallar Nazirliyi (FHN)
dövlət qeydiyyatına alır:
Burada avtomobilləri qeydiyyata alan bir qurum da var ki, o da,
Gənclər və İdman Nazirliyidir.
Onlar da idman avtomobillərini qeydə alır. Bu qanunla FHN-in qeydiyyata aldığı nəqliyyat vasitələrində də dəqiqləşdirilmə aparılıb.
“Ekskovator, asfaltçəkən, elektrokar kimi texnoloji nəqliyyat vasitələrinin ünvanı qeyri-dəqiq idi. Hazırda həmin vasitələrdə dəqiqləşdirmələr aparılıb. Nazirlər Kabineti FHN-in və Kənd Təsərrüfatı Nazirliyinin qeydə aldığı nəqliyyat vasitələrinin siyahısını müəyyən edib. Bununla bağlı hansı nazirliyin hansı nəqliyyat vasitəsini qeydə alınması barədə Nazirlər Kabinetinin qərarı var. Burada 2.1. 3-cü bənddə “digər” sözünün “siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən” sözləri ilə əvəz edilməsi barədə qanun məhz dəqiqləşdiricinin Nazirlər Kabineti olduğunu müəyyən edir”.

Ərşad hüseynov- Hüquqşünas
Prezident İlham Əliyev ötən gün Milli Məclisin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda etdiyi dəyişiklikləri təsdiq edib.