Rusiya İŞİD-in döyüşlərində ölkədə mövhumatçı döyüşçülər hazırlanmasından qorxur
42-ciparalel.az
”
Avropada
həyatından narazı müsəlmanların yaşadığı yerlər kimi,
Qafqaz
və
Mərkəzi Asiyadakı
keçmiş
SSRİ
dövlətləri də İŞİD-in ən çox insan cəlb etdiyi ərazilərə çevrilib. Eyni zamanda
İŞİD
durmadan Qafqazda müharibə meydanı yaradır”.
Bu haqda
“The New York Times”da
İŞİD terror qruplaşmasının Qafqazla əlaqəsi,
Rusiyanın
bu əlaqədən natahatlığı haqqında məqalədə deyilir.
Müəllifin fikrincə, xüsusilə sünni müsəlmanlar Rusiya qoşunlarının
Suriyanın
prezidenti
Bəşər Əsədin
tərəfində hərbi əməliyyatlar aparmasından hiddətlənib.
O, Rusiyanın İŞİD-dən qorxusundan da bəhs edib. Bildirib ki, Rusiya İŞİD-in döyüşlərində bərkimiş silahlıların ölkəyə yenidən qayıtmasından, ölkədə mövhumatçı döyüşçülərin hazırlanmasından qorxur.
Həmçinin bildirilib ki, sentyabrda Rusiya prezidenti
Vladimir Putin
ölkənin
Hava Kosmik Qüvvələrinin
hədəflərindən danışıb və qeyd edib ki, məqsəd döyüşçülər Rusiyaya zərbələr vurmağa başlamazdan əvvəl onların məvh edilməsidir. Lakin bundan bir müddət keçəndən sonra – oktyabrın 31-də Rusiya avialaynerində bomba partladılıb.
Yazıda xüsusilə
Dağıstanın
terrorçular üçün əhəmiyyətli olduğu qeyd edilib. “İŞİD-in təbliğat videolarından birində Qafqazdan olan 3 imam çəkilib. Onlardan biri ev dustağı olan Nadir Mələtov idi”, – deyən müəllif əlavə edib ki, hüquq-mühafizə orqanlarının bəzi üzvləri ona qaçmağa kömək ediblər. Səbəb olaraq isə müəllif “o zaman bu, ən yaxşı çıxış yolu kimi görünürdü”, – deyib.

Vladimir Putin – Rusiyanın prezidenti
Ümumiyyətlə, Qafqazdan, o cümlədən Cənubi Qafqazdan İŞİD terrorçularına qoşulmaq istəyənlər kifayət qədər çoxdur. Bəziləri terrorçuların din pərdəsi altında apardığı təbliğata aldanır, bəziləri isə sırf sosial təminat üçün bu yola üz tuturlar.
Eyni zamanda ölkələrin terrorçularla əlaqəsi bununla bitmir. Bu yaxınlarda Rusiyanın
Maliyyə Monitorinqi üzrə Federal xidməti (Rosfinmonitorinq)
İŞİD terror qruplaşmasına maddi yardım göstərən ölkələrin siyahısını açıqlayıb. Həmin siyahıda
Azərbaycan
İŞİD-ə yardım edən
Müstəqil Dövlətlər Birliyi (MDB)
ölkələri sırasında ikinci yerdədir.
Azərbaycan Mərkəzi Bankı
yanında maliyyə monitorinqi xidməti isə bu haqda heç bir açıqlama vermək istəmir.
MDB dövlətləri içərisində İŞİD və digər terror təşkilatlarına maliyyə vəsaiti göndərən ölkələr arasında birinci yerdə
Qazaxıstan
, üçüncü yerdə isə
Türkmənistan
dayanır. Bu isə onu göstərir ki, terror, həqiqətən də, sərhəd tanımır və ondan qorunmaq o qədər də asan deyil.
Bunun üçün sərhədlərin möhkəmləndirilməsi, hüquq-mühafizə orqanlarının güclü nəzarəti kifayət etmir. Dövləti, xalqı terrordan qorumaq üçün həm də ölkədəki bütün qurumlar dövlətin, xalqın mənafeyini qorumalı, buna uyğun fəaliyyət göstərməlidir.