Karson: “Bizə quduz itləri tanımağa xüsusi qurğu da lazımdır”
42-ciparalel.az
Prezidentliyə namizəd ölkəyə qaçqınların gəlməsinə qarşı çıxır.
ABŞ
prezidentliyinə namizəd
Suriya
qaçqınlarını “quduz itlərlə” müqayisə edib.
Namizəd
Ben Karson
il ərzində prezident
Barak Obamanın
Suriya qaçqınlarını dəstəkləməsinə qarşı çıxaraq, onları “quduz itlər” adlandırıb.
Respublika partiyasından olan Karson Suriyada zorakılıqdan xilas olan miqrantların ABŞ ərazisinə girişinin amerikalılar üçün təhlükəli olduğunu bildirib.
Ben Karson bu barədə
Albama ştatının
Mobil şəhərində
seçkiqabağı kampaniyanın keçirildiyi vaxt danışıb.
“Əgər sizin ölkənizdə quduz it qaçırsa, ehtimal ki, siz bu iti yaxşı it kimi qələmə vermərsiniz” – deyə Karson qaçqınlar barədə danışarkən vurğulayıb.
“Bizə quduz itləri tanımağa xüsusi qurğu da lazımdır” – deyə namizəd əlavə edib.
Çıxışı zamanı Karson il ərzində on min Suriya qaçqınının qəbulu edən Barak Obamanın planlarını da tənqid edib.
Ümumiyyətlə, son günlər ABŞ Suriya qaçqınlarını qəbul etməkdə tərəddüd edir. Bu da
Parisdə
baş verən terror aktları ilə bağlıdır. Çünki 129 nəfərin ölümü, 350-ə yaxın insanın isə xəsarət almasına səbəb olan terrorçunun meyitini taparakən, onun üzərindən Suriya vətəndaşına məxsus şəxsiyyət vəsiqəsi çıxıb.

Fransa terrorunda şübhəli bilinən Abdelhəmid Abaud
Bu barədə Barak Obama
Ağ Evdə
çıxışı zamanı deyib.